Icma.az
close
up
RU
Tramp istəyinə nail ola bilərmi?

Tramp istəyinə nail ola bilərmi?

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Pərviz Heydərov yazır...

ABŞ Prezidenti Donald Trampın tarif siyasəti artıq neçə gündür geniş müzakirə mövzusuna çevrilib. Bu da ondan irəli gəlir ki, ABŞ dövlət başçısının tarif üzrə Çin başda olmaqla, Avropa İttifaqı (Aİ), Kanada, Meksika və bir neçə bu kimi ölkələrlə "davaya girəcəyi" güman edilirdisə, aprelin 2-dən 3-ə keçən gecə yeni tarif tətbiqi və ya artırılması haqqında qərar əksinə, dünyada mövcud olan 200 ölkədən nə az, nə çox 183-nə qarşı qəbul edildi.

Ancaq burada bir sıra nüanslar var. Əvvəla, D.Tramp Ağ Evdə fəaliyyətə başladığı hələ ilk ərəfələrdə yazmışdım ki, yeni rüsum tətbiqi və sair heç də asan məsələ deyil. Hələ o cəhətə toxunmadığımı qeyd etmişdim ki, qarşı tərəfə aid ölkələr əgər heç bir cavab tədbirinə əl atmasalar belə, Trampın bu siyasəti ABŞ üçün hansı fəsadlar yarada bilər.

Çünki istənilən yeni rüsum tətbiqi və artımı qərarı avtomatik, inflyasiya deməkdir. Bu isə iqtisadi artımı buxovlayır. Məsələn, ABŞ iqtisadiyyatı keçən il 2.8 % artım nümayiş etdiribsə, bahalı import bunu cari ilin sonuna azı 1.5%-ə, növbəti ildə isə ən yaxşı halda 2.1%-ə endirə bilər.

İkincisi, iqtisadiyyatın öz qanunları var və Prezident D.Tramp özü iş adamı olduğundan bu qanunları yaxşı bilir. D.Tramp da çox gözəl başa düşür ki, istənilən istiqamətdə və sahədə rüsum artımı qiymət yüksəlişinə gətirib çıxarır, nəticədə inflyasiya baş verir. Ümumiyyətlə, qarşılıqlı alış-veriş və ticarət əlaqələrində üstün mövqeyə sahib olmaq üçün idxalı məhdudlaşdırmaq yox, ixracı stimullaşdırmaq lazımdır.

Məsələ isə bundadır ki, ABŞ, demək olar ki, əksər ticarət tərəfdaşları ilə alış-verişdə xeyirdən çox zərər əldə edir. Yəni bütün əsas tərəfdaş ölkələrlə ticarətdə mənfi saldoya, başqa sözlə desəm, kəsirə sahibdir. Məsələn, konkret olaraq Aİ ilə bu rəqəm 350 milyard dollar təşkil edir.

"Onlar bizim avtomobilləri qəbul etmirlər, bizim kənd təsərrüfatı məhsullarını qəbul etmirlər. Onlar, demək olar ki, heç nəyimizi qəbul etmirlər, biz isə onların hər şeyini qəbul edirik - milyonlarla avtomobildən tutmuş külli miqdarda ərzaq və kənd təsərrüfatı məhsullarına kimi", - deyə Tramp Avropa Birliyi ilə mövcud ticarət əlaqələrinə dair şikayət etmişdi.

Odur ki, əsas dava əslində, Çin başda olmaqla, Aİ, Kanada, Meksika və bir neçə bu kimi ölkələrlədir. Yeni tariflərin tətbiqi və artırılması barədə qərarın dünyada mövcud 200 ölkədən 183-nə qarşı qəbulu isə sadəcə olaraq, gözdən pərdə asmaq üçündür. Hansı ki, bunun necə deyərlər, güdazına gedənlərdən biri də ölkəmizdir.

Bir sözlə, ABŞ Prezidenti D.Trampın tarif siyasəti əslində, başadüşüləndir. O baxımdan ki, bununla Amerika iqtisadiyyatı və bazarını mühafizə etməyə cəhd göstərilir. Yəni məqsəd odur ki, büdcəyə gəlirlər artsın və dolayısı ilə yerli istehsal genişlənsin.

Ümumiyyətlə, dünya ölkələrinin, yəni ixracatçı ölkələrin ABŞ bazarından və iqtisadiyyatından "havayı yararlanmasının" qarşısı alınsın. "Havayı yararlanma" ifadəsini o mənada işlətdim ki, ABŞ bir çox inkişaf etmiş və etməkdə olan ölkələr, bütövlükdə dünya iqtisadiyyatı üçün böyük, mühüm bir bazardır.

Çin, Aİ və bir sıra aparıcı ölkələrin nəhəng istehsalçı şirkətlərinin, hətta ayrıca qolları bu bazar üçün işləyir. Məsələn, Yaponiyanın avtomobil istehsalı üzrə nəhəng şirkətlərini götürək. "Nissan" şirkətinin "İnfiniti" seqmenti ABŞ bazarı üçündür, "Toyota" şirkətinin "Lexus", "Honda"nın "Acura" və sair də həmçinin. Eləcə də Avropa ölkələrinin bir sıra məşhur brendləri də...

Sözün qısası, ABŞ iqtisadiyyatı dünya iqtisadiyyatı üçün barometrdir.

Ancaq D.Tramp istəyinə nail olacaqmı və yaxud ola bilərmi?!

Xeyr!.. Odur ki, ABŞ dövlət başçısının sözügedən tarif siyasətində bir sıra istiqamətlərdə yaxın müddətdə olmasa da, hər halda geri çəkiləcəyi qaçılmaz görünür. Amerika bazarına giriş məhdudlaşdırılarsa, qlobal istehsal dayanacaq, tıxac ortaya çıxacaq, axın dirənəcək. Nəticədə də dünya ölkələrində iqtisadi artım dərhal səngiyəcək, tənəzzül ortaya çıxacaq. Başqa sözlə, qiymətlər qalxacaq, alıcılıq qabiliyyəti aşağı düşəcək və bütün sahələrdə durğunluq yaranacaq. Beləliklə də, hər şey bumeranqa çevrilərək düz ABŞ-nin öz üzərinə qayıdacaq.

Çünki bu bazara girişi necə məhdudlaşdırmaq olar?! Həmin ölkələrdə istehsalın zəifləməsi ABŞ iqtisadiyyatı üçün xeyir və səmərə gətirə bilərmi?! Tutaq ki, bütün bunların nəticəsində neft və qaz ucuzlaşdı. Bu da dolayı yolla dolları möhkəmləndirəcək ki, ABŞ qeyd olunan tendensiyadan daha çox ziyan çəkəcək.

Və beləliklə də, dünya iqtisadiyyatı resepsiya ilə üz-üzə qalacaq.

Ölkəmizə gəldikdə isə bəli, siyahıda biz də varıq, o mənada ki, D.Tramp Azərbaycandan idxala da 10% rüsum tədbiq edib. Ancaq bu, qeyd etdiyim kimi gülüncdür, o baxımdan ki, ölkəmiz ABŞ-dən daha çox idxal edir, nəinki ixrac həyata keçirir.

ABŞ bazarı olmasın, başqa bazar olsun. Problem bunda deyil. Bizim üçün gözlənilən təhlükə ondan ibarətdir ki, bayaq qeyd etdiyim kimi beynəlxalq bazarlarda ciddi bahalaşma yaranacaq. Enerji daşıyıcılarının qiymətləri düşəcək. Qlobal miqyasda ciddi inflyasiya dalğası ortaya çıxacaq.

Bizim bazar isə idxaldan asılı vəziyyətdədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:169
embedMənbə:https://oxu.az
archiveBu xəbər 05 Aprel 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri