Icma.az
close
up
RU
Tramp Kavelaşvilini ciddi qəbul etməyəcək: ABŞ də Gürcüstan hökumətinə etimad sıfırdır

Tramp Kavelaşvilini ciddi qəbul etməyəcək: ABŞ də Gürcüstan hökumətinə etimad sıfırdır

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gürcüstanın son dövrlərdə izlədiyi siyasi kurs beynəlxalq aləmdə, xüsusilə də Qərb dairələrində narahatlıq doğurur. İctimai-siyasi mühitdəki gərginlik, insan haqları və demokratik institutlara təzyiqlər, eyni zamanda Rusiya ilə münasibətlərdəki qeyri-şəffaflıq Gürcüstanın xarici siyasətinə dair suallar yaradır. 

Bu fonda Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ABŞ Prezidenti Donald Trampa açıq məktubla müraciət edib. Məktubda Gürcüstanın xarici siyasətinin əsas prioritetlərindən birinin ABŞ ilə strateji tərəfdaşlığı yenidən canlandırmaq olduğu qeyd edilib. Həmçinin vurğulanıb ki, Trampın prezidentliyinin ilk aylarında Gürcüstan bütün qonşu ölkələri ilə sıx əlaqələr qurmağı bacarıb, lakin ABŞ kifayət qədər ona diqqət göstərməyib. Bu  müraciətlər Gürcüstanın Qərblə münasibətlərini bərpa etməyə çalışdığını göstərir.


Politoloq Natiq Miri Sherg.az-a Gürcüstan-ABŞ arasındakı gərginlikdən danışıb:


"Qərb dünyasında, o cümlədən Avropa İttifaqı ölkələri və ABŞ-də belə bir qənaət formalaşıb ki, Gürcüstanda hazırkı hakimiyyət Rusiyaya meyilli siyasət yürüdür. Bu, yenilik deyil. Hər kəsə bəllidir ki, hakimiyyəti səhnə arxasından idarə edən milyarder İvanişvili kriminal maliyyəni Rusiyada qazanıb. Rusiyada milyardlarla vəsaiti qazanmaq və aradan çıxmaq mümkün deyil. Digər tərəfdən son parlament seçkilərində və ondan öncə Gürcüstanda qəbul olunmuş bir neçə qanun vericilik aktından biri də "xarici agentlər"lə bağlı qanundur. Bu, Qərblə Gürcüstan arasında müəyyən fikir ayrılığına və münasibətlərin korlanmasına səbəb oldu. Eyni zamanda bu gün Gürcüstanda ictimai-siyasi vəziyyət insan hüquqları və demokratiya adına da ciddi geriləmələr var. İstər mediada, istər qeyri hökumət təşkilatlarında çox ciddi geriləmələr mövcuddur, ədalətsiz həbslər də ortadadır".

Poltitoloq Gürcüstan və Rusiya hökumətləriarası gizli əlaqələrin olduğu haqqında kəşfiyyat məlumatlarının olduğunu söyləyib: 

"ABŞ-də Gürcüstan hökumətinə etimad 0-dır. Ona görə də bu münasibətləri tənzimləmək mümkün olmur. İvanişvili hakimiyyəti qəflətən anladı ki, regionda, xüsusilə də Cənubi Qafqazda geoasiyasi vəziyyət, köhnə status-kvo yoxdur. Bu gün Azərbaycan Qərb dünyası ilə münasibətləri yenidən ciddi şəkildə formalaşdırmağa başlayıb. Rusiya Azərbaycan arasındakı münasibətlərdəki gərginlik, Vaşinqtonda 8 avqustda Ermənistanla Azərbaycan arasında sülh sənədinin, o cümlədən Zəngəzur dəhlizinin açılması kontekstində sənədin imzalanması kimi irəlləyişlər tamamilə yeni status-kvo və şərait yaradıb. Cənubi Qafqazın iki dövlətinin eyni mövqeydən çıxış etməsi Gürcüstanı çətin vəziyyətə salıb. Bir tərəfdən tam olaraq Rusiyaya yaxınlaşmaq İvanişvili hakimiyyəti üçün çətindir. Çünki bununla bağlı gürcü hakimiyyətinə hər hansısa bir açıqlama verə bilməzlər. Gürcüstanın iki bölgəsi Rusiyanın işğalı altındadır". 


Ekspert Qərblə münasibətləri tənzimləyə bilmədiyinə görə Gürcüstan prezidentinin Trampa məktubunun heç nəyi ifadə etməyəcəyini bildirib. O, bu cür müraciəti daha səlahiyyətli şəxs və ya orqanın etməli olduğunu vurğulayıb:

"Gürcüstanın bununla bağlı köklü dəyişikliklərə ehtiyacı var. Bu tələblər bəllidir. Ancaq bu yöndə rəsmi Tibilisi hər hansısa bir addım atmaq istəmir. 

Məsələnin başqa bir tərəfi Cənubi Qafqazın iki ölkəsi tədricən Rusiyadan uzaqlaşaraq Qərblə münasibətləri isti məcraya daşımasıdır. Belə bir zamanda, Rusiyanın Ukrayna bataqlığında batdığı vəziyyətdə Tbilisi hakimiyyətinin Moskva ilə yaxınlaşmağı nə Rusiyaya, nə də Gürcüstana heç nə qazandırmayacaq. Buna görə də Gürcüstanın inkişafı və perspektivi üçün Qərblə yenidən münasibətləri tənzimləməlidir. 

Gürcüstan hesab edir ki, artıq seçkilər bitib, hakimiyyət öz mövqeylərini möhkəmlədə bilib və bundan sonra bu cür xoş jestlərlə Qərblə münasibətləri tənzimləmək olar. Lakin bu yetərli deyil. Bununla bağlı Gürcüstan ciddi addmlar atmalıdır. 

Bu cür müraciəti daha səlahiyyətli orqan, hökumət deyil, elə bir ciddi səlahiyyəti olmayan, formal xarakter daşıyan, prezidentlik postunu tutan Kavelaşvili vasitəsi ilə ABŞ prezidentinə edilib. D.Tramp bunu ciddi qəbul etməyəcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Sentyabr 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri