Icma.az
close
up
RU
Tramp Kiyevə təzyiq etməklə sülhə nail olmağa çalışır: Zelenski təslimçi şərtlərə boyun əyəcəkmi?

Tramp Kiyevə təzyiq etməklə sülhə nail olmağa çalışır: Zelenski təslimçi şərtlərə boyun əyəcəkmi?

Sitat.info saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Rusiya-Ukrayna müharibəsi ilk gündən ən az Ukraynanın marağına xidmət edirdi. Amerikanın öz maraqları var idi - Rusiyanı zəiflətmək, Avropanı özündən asılı vəziyyətə salmaq... Avropanın  maraqları bu idi ki, Rusiya  bütün hərbi potensialını, silah- sursatını bu müharibədə itirsin, 10-15 il geri düşsün və  təhlükəsizliklə bağlı problemlər azalsın. Rusiyanın marağı bu idi ki, ərazilərini genişləndirsin və Qərbi təzyiq altında saxlasın. Təəssüflə qeyd etməliyik ki, burada ən çox ziyanda olan tərəf Ukrayna oldu".

Bu sözləri Sitat.info-ya açıqlamasında Ağ Partiya başqanı Tural Abbaslı Rusiyanın Kiyevə hücumlarını və Trampın sülh istiqamətində atdığı addımları dəyərləndirərkən deyib.

O bildirib ki, bu ölkə ərazilərini itirdi, insanlarını itirdi və  ona vəd edilən köməyi ala bilmədi: "Həm NATO-ya, həm Avropa İttifaqına buraxılmadı. Hətta nə zamansa bu ittifaqlara gələcəkdə daxil olması belə gündəmdə deyil. Hazırda beynəlxalq aləmdə də bilir ki, bu müharibədə zəif  bəndin kim olduğu hər kəsə bəllidir. İnanmıram ki, kimsə Putinə müharibəni dayandırmaqla bağlı təzyiq etsin. Əksinə indi Zelenskiyə təzyiq etmək daha asandır. Tramp da həqiqətən Ukrayna tərəfinə daha çox təzyiq edir ki, ərazi mübadiləsinə getsin, atəşkəsə razılaşsın, Krımdan imtina etsin və sair".

T.Abbaslı qeyd edib ki,  müharibə nə qədər kəskinləşsə də, Tramp  sülh cəhdlərini davam etdirəcək: "O, həm milyarderdir, həm iki dəfə ABŞ prezidenti olub. Onun arzularından biri Nobel sülh mükafatını almaq və öz nəzərində adını tarixə bu şəkildə yazdırmaqdır. Bunun da ən qısa yollarından biri hansı şərtlərlə olursa olsun, Rusiya ilə Ukrayna arasında sülhə nail olmaqdır. Ola bilər ki, müharibə 2, 3 və ya 6 ay uzansın. Ancaq gec-tez Tramp Ukraynanı məcbur edib müharibənin dayanmasına nail olacaq. Hazırda Ağ Ev rəhbəri açıq-aşkar Kiyevi təhdid edir ki, pul verməyəcəm, silah verməyəcəm. Qərb də kömək etmək istəyirsə, silahları öz pulu ilə alsın. Avropalılar da ukraynalıları nə qədər maliyyələşdirəcək, nə qədər silah verəcək, qaçqınları nə qədər yerləşdirəcək -bu bəlli deyil. Çünki Avropa üçün əsas öz maraqlarıdır. Sabah Ukraynanın xərcləri Avropanın maraqlarını aşarsa, təbii ki, onu yarıyolda qoyacaq. Adətən sülh imzalanmamışdan öncə müharibələr daha da kəskinləşir. Çünki hər iki tərəf əlini möhkəmləndirmək istəyir ki, torpaq alsın, hansısa dividentlər qazansın. Ona görə də, Putin məhz strateji nöqtələri vurur ki, danışıqlara üstün tərəf kimi getsin".

Nigar,

Sitat.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sitat.info
archiveBu xəbər 29 Avqust 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri