Icma.az
close
up
RU
Tramp Krımı Rusiya kimi tanısa, dünya üçün bu ciddi nəticələr ola bilər Politico

Tramp Krımı Rusiya kimi tanısa, dünya üçün bu ciddi nəticələr ola bilər Politico

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər ABŞ prezidenti Donald Tramp Rusiyanın işğal etdiyi əraziləri sülh razılaşmasının bir hissəsi kimi tanısa, bu, beynəlxalq hüquqa ağır zərbə vura, müharibə cinayətlərinin araşdırılmasını poza və digər aqressiv dövlətlər üçün təhlükəli presedent yarada bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” yazır.

Kopenhagen Universitetinin beynəlxalq cinayət hüququ üzrə dosenti İrina Marçukun fikrincə, belə məsələlərin sülh danışıqları gündəminə daxil edilməsi çox təhlükəli presedent olar:

"Bu, danışıqların gündəmində belə olmamalıdır".

Qeyd olunur ki, bu məsələ ilə İkinci Dünya müharibəsindən sonra beynəlxalq münasibətləri tənzimləyən əsas prinsip – sərhədlərin güc yolu ilə dəyişdirilə bilməyəcəyi prinsipi risk altına düşür. Belə presedent Rusiyadan əlavə Çin üçün də Tayvanı ələ keçirməkdə, həmçinin Trampın əvvəl bəhs etdiyi Qrenlandiya, Kanada və Panama kimi əraziləri ABŞ-ın ilhaq edə biləcəyi iddialarını da gündəmə gətirə bilər.

Tartu Universitetinin beynəlxalq hüquq professoru Lauri Mälksoo vurğulayıb:

"Bu, qaydalara münasibətimizi formalaşdırır. Bu presedent harada təkrarlana bilər? Belə bir hal baş verərsə, başqa bir ölkə deyə bilər ki, "Baxın, orada bu oldu, mən niyə eyni şeyi etməyim?”

Belçikanın Löven Katolik Universitetinin professoru Yan Vauters isə bildirib ki, əgər Rusiya Krım üzərində hüquqi tanınma əldə edərsə və bu tanınma 2014-cü ildən geriyə şamil edilərsə:

"Bu o demək olacaq ki, oradakı bütün rəsmi fəaliyyətlər Rusiya tərəfindən həyata keçirilmiş sayılacaq və artıq Ukraynaya aid olmayacaq".

Ukraynanın xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç bildirib ki, Krımın tanınması Ukrayna üçün "qırmızı xətdir”. Onun fikrincə, bu məsələ Rusiyanın məsuliyyətə cəlb olunması üçün beynəlxalq hüquq çərçivəsində atılan addımlara ziddir. Xatırladaq ki, bu ay Avropa ölkələri Rusiyanın fəaliyyətlərini beynəlxalq hüquqa uyğun şəkildə araşdırmaq üçün xüsusi tribunal yaratdıqlarını elan ediblər. Korineviç qeyd edib:

"Ukrayna üçün bu aydındır: aqressiya 2014-cü ildə başlayıb. Məhz buna görə tribunal 2022-dən əvvəlki hadisələri də əhatə etməlidir".

"Politico” yazır ki, ABŞ kimi böyük dövlətin belə bir mövqeyi beynəlxalq konsensusa zərbə vura, BMT kimi təşkilatların qətnamələrinə təsir göstərə və beynəlxalq hüququn çöküşünə səbəb ola bilər. Hüquqşünas Darya Sviridovanın fikrincə:

"Hüquqi baxımdan Krım hələ ki işğal olunmuş ərazidir. Amma siyasi narrativ dəyişsə, iqtisadi narrativ də dəyişəcək və bu, bir çox ölkənin ortaq mövqeyinə təzyiq yaradacaq".

O, əlavə edib ki, qısa müddətdə Avropa sanksiyaları ilə qadağan olunmuş şirkətlər Krıma qayıtmağa cəhd edə, uzunmüddətli perspektivdə isə bu, beynəlxalq hüququ sarsıda bilər:

"Bu, presedent olacaq və digər ölkələr üçün əraziləri güc yolu ilə ələ keçirməkdə cazibə yaradacaq".

Ukraynanın Türkiyədəki səfiri və keçmiş siyasi məhbus Nəriman Cəlal bildirib ki, onun həbsinə səbəb olan məsələ belə bir addım atılarsa, mənasız hala düşə bilər:

"Bu, Krımda qalan insanlara qarşı böyük hörmətsizlikdir. Ərazini və vətəndaşları işğal altında buraxmaq repressiyaların davamı deməkdir. Əgər Tramp bunu edərsə, bu, yalnız qlobal siyasət baxımından yox, konkret insanlar üçün də dəhşətlidir".

Cəlal əlavə edib ki, bu cür kompromis heç bir halda Putini dayandırmayacaq:

"ABŞ Krımı tanısa belə, bu, Putini dayandırmayacaq. Çünki onun məqsədi yalnız Krım deyil, daha böyükdür".

Qeyd edək ki, Rusiya Krımı 2014-cü ildə işğal edərək hərbiləşdirib və 2022-ci il müharibəsindən sonra Ukrayna ilə apardığı uğursuz danışıqlarda bu ərazinin Rusiyanın bir hissəsi kimi tanınmasını tələb edib.

Aprel ayında Tramp administrasiyası Krımın Rusiyaya məxsus olduğunu tanımaq ideyasını sülh razılaşmasının tərkib hissəsi kimi irəli sürmüşdü. Lakin ABŞ ordusunun Avropadakı keçmiş komandanı, general Ben Hodces bildirib ki:

"ABŞ danışıqlara Ukraynanın ərazilərindən imtina etməsi şərti ilə başlamamalı idi".

Onun fikrincə, Ukrayna Krımı geri qaytara bilər və bu, Rusiyada daxili dönüş nöqtəsi ola bilər. Hodces düşünür ki, Putin heç vaxt Krımdan imtina edəcək sülh razılaşmasına razı olmayacaq, amma Ukrayna onu güc yolu ilə azad edə bilər.

Alpər

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 27 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see176

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see168

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri