Tramp Meksika liderini futbola baxmağa dəvət etdi
Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.
Meksika Prezidenti Klaudiya Şeynbaum ABŞ-li həmkarı Donald Trampın dəvəti əsasında futbol üzrə dünya çempionatının (DÇ-2026) həlledici qarşılaşmasını izləyəcək.
Moderator.az xəbər verir ki, bu barədə "Milenio" qəzeti ölkə rəhbərinin açıqlamasına istinadən məlumat yayıb.
"Bəli, bazar günü dünya çempionatının finalına getmək üçün prezident Trampdan dəvət almışam. Birləşmiş Ştatlar rəhbərinin birbaşa dəvəti olduğu üçün orada iştirak etmək qərarına gəldim", - deyə Meksika lideri bildirib.
Dövlət başçısı eyni zamanda əlavə edib ki, final matçında Kanadanın Baş naziri Mark Karni də iştirak edəcək.
Qeyd edək ki, DÇ-2026-nın final görüşü iyulun 19-da Nyu-York yaxınlığında yerləşən İst-Raterforddakı (Nyu-Cersi ştatı) "Metlife" stadionunda baş tutacaq. Kubok uğrunda həlledici oyunda İspaniya və Argentina yığmaları üz-üzə gələcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 18 İyul 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















