Tramp: “Mən Ukraynanı sevirəm, ona görə də...”
Icma.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ Prezidenti Donald Tramp mətbuat konfransında Ukrayna jurnalistinin suallarını cavablandırıb.
Globalinfo.az xəbər verir ki, o, Rusiyanın Xarkova endirdiyi son raket zərbəsinə münasibət bildirərkən, Ukrayna xalqına dəstəyini ifadə edib.
“Mən Ukraynanı sevirəm, mən Ukrayna xalqını sevirəm. Amma sizin ölkənizin çox ciddi problemləri var. Bu müharibə heç vaxt olmamalı idi. Mən bunu dayandıracağam”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti əlavə edib ki, son 8 ayda 7 müharibəni dayandırdığını iddia edir.
“Mən düşünürdüm ki, bu məsələni həll etmək ən asanı olacaq, çünki mən Putini tanıyıram. Amma məlum oldu ki, elə deyil. Çünki Zelenski ilə Putin arasında son dərəcə dərin nifrət var. Amma biz bunu dayandıracağıq”, – Tramp qeyd edib.
Əliyar Xəlil
Baxış sayı:46
Bu xəbər 16 Sentyabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















