Tramp Mərkəzi Asiya liderləri ilə ticarət və əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Özbəkistan və Qazaxıstanla ticarətin genişləndirilməsi və əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Moderator.az-ın məlumatına görə, o, bunu "Truth Social" sosial şəbəkəsində yazıb.
"Bu gün səhər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə telefon danışığım oldu. Biz davam edən münaqişələrdə sülhün bərqərar edilməsinin əhəmiyyətini, həmçinin ölkələrimiz arasında ticarət və əməkdaşlığın genişləndirilməsini müzakirə etdik. Hər iki ölkə ilə münasibətlər tamamilə müsbət xarakter daşıyır", – paylaşımda qeyd olunub.
Tramp həmçinin bildirib ki, gələn il G20 sammiti Mayamidə keçiriləcək. Vaşinqton Kasım-Jomart Tokayev və Şavkat Mirziyoyevi tədbirdə fəxri qonaq qismində iştirak etmələri üçün dəvət etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 23 Dekabr 2025 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















