Icma.az
close
up
RU
Tramp milyarder Tomas Barrakı ABŞnin Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib

Tramp milyarder Tomas Barrakı ABŞnin Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp milyarder investor Tomas Barrakı ABŞ-ın Türkiyədəki səfiri vəzifəsinə namizəd göstərib.

Trampla birlikdə yeni administrasiyada artıq 10 belə milyarder olacaq.

77 yaşlı Barrak 2016-cı il prezidentlik kampaniyası zamanı Trampın müşaviri olub və 2021-ci ildə BƏƏ üçün lobbiçilikdə ittiham olunub. Barrak 1 milyard dollardan çox sərvəti ilə ABŞ-ın 500 ən zəngin adamı siyahısındadır.

ABŞ-ın gələcək rəhbərliyi rekord dərəcədə zənginləşəcək. Məmurlar arasında 350 milyard dollardan çox pul olacaq.

Bundan əvvəl də ən varlı olan Tramp hökuməti idi. Buna qədər isə rekord Obama administrasiyasına məxsus idi və onların ümumi vəsaitləri 2,8 milyard dollar idi.

Baydenin dövründə mövcud hökumətdəki məmurlar arasında cəmi 110 milyon dollar var.

seeBaxış sayı:82
embedMənbə:https://www.xalqcebhesi.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri