Icma.az
close
up
RU
Tramp müavinini Bakıya göndərdi bölgədə nələr dəyişəcək?

Tramp müavinini Bakıya göndərdi bölgədə nələr dəyişəcək?

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Mətləb Salahov: “Ceyms Vensin səfəri İrəvandan başlasa da, son nöqtə Bakıda qoyulacaq”

“ABŞ Vitse –prezidenti Ceyms Vensin Qafqaza başlayan səfəri bölgənin köklü dəyişikliklər astanasında olmasına işarədir. Nəzərə alsaq ki, artıq TRIPP layihəsinin reallaşması an məsələsidir, üstəgəl Donald Tramp Administrasiyasının birbaşa iştirakı və dəstəyi ilə Azərbaycan və Ermənistan arasında 30 ildən sonra sürətlə reallaşan inteqrasiya prosesi baş tutub, onda bu səfərin bölgədəki ölkələr arasında infrastruktur layihələr üçün açar xarakteri daşıdğı qaçılmazdır. Mən deyərdim ki, ABŞ Vitse -prezidentinin Qafqaza səfəri Moskva və Tehranın da “yuxusuna haram qatıb”. Çünki bölgənin hər iki güclü dövləti Vaşinqtonun “Qafqaz planı”nın nə ilə nəticələnəcəyini həm qorxu, həm də maraqla izləyirlər.”Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, Donald Tramp öz müavinini bölgəyə göndərməklə həm də Cənubi Qafqazda rəsmi Vaşinqtonun mövqelərini gücləndirmək, hətta əsrlərdir Rusiyanın maraq və təsir dairəsində olan Cənubi Qafqazın artıq ABŞ-ın himayəsi altına girməsi üçün sürətlə işlər görməyi hədəfləyir. “Əlbəttə, İrəvanda Nikol Paşinyan hakimiyyətinə güclü dəstək olmaq, parlament seçkiləri ərəfəsində D.Trampın “əla oğlan” dediyi hazırkı baş nazirin mövqelərini gücləndirmək və onu Rusiyanın zərbələrindən qorumaq üçün Amerikanın ikinci şəxsinin öncə İrəvana getməsi başadüşüləndir. Lakin bu səfər zamanı Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması üçün son dəqiqləşdirmələrin aparılması da gözləniləndir. Anlaşılan odur ki, son nəticə Bakıda müzakirə olunacaq”.

Afət Tahirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 09 Fevral 2026 19:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see420

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see374

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see353

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see337

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see302

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see291

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see287

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see279

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see257

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see255

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see249

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see245

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see245

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see239

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see238

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see231

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see221

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see214

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see209

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri