Icma.az
close
up
RU
Tramp müayindən keçdi Çəkisi, qan təzyiqi, zehni və fiziki durumu AÇIQLANDI

Tramp müayindən keçdi Çəkisi, qan təzyiqi, zehni və fiziki durumu AÇIQLANDI

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Donald Tramp ABŞ-ın 47-ci prezidenti vəzifəsinə gəldikdən sonra ilk dəfə hərtərəfli tibbi müayinədən keçib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, onun həkimi Şon Barbabella açıqlamasında "Prezident Trampın koqnitiv və fiziki sağlamlığı əladır. O, baş komandan və dövlət başçısı kimi xidmət etməyə tam hazırdır" deyib.

78 yaşlı Trampın ürək, ağciyər, nevroloji və ümumi fiziki funksiyalarının sağlam olduğu qeyd edilib.

Şon Barbabella vurğulayıb ki, Trampın aktiv həyat tərzi onun sağlamlığına çox müsbət təsir göstərir.

ABŞ-ın 47-ci prezidentinin həkimi qeyd edib ki, “Trampın günləri çoxsaylı görüşlər, ictimai çıxışlar, mətbuata açıq olmaq və tez-tez qolf turnirlərində qalib gəlməklə doludur”.

Tibbi müayinə zamanı Donald Tramp koqnitiv testdə bütün sualları cavablandıraraq, onda depressiya və ya narahatlıq hallarının olmadığını təsdiqləyib. Bundan əlavə, həkimlər Amerika liderinin yerişində hər hansı anormallıq aşkar etməyiblər. Onun balansı normaldır.

Terapevt izah edib ki, Trampın vəziyyəti Monreal Koqnitiv Şkala ilə qiymətləndirilib, onun idrak funksiyası 30-dan 30-dur. Hərtərəfli nevroloji müayinə prezidentin zehni vəziyyətində heç bir anormallıq aşkarlamayıb.

Amerika liderinin çəkisi təxminən 102 kiloqramdır və spirt və nikotindən asılı deyil. Amerikalı həkimlər aşkar ediblər ki, ABŞ-ın 47-ci prezidentinin qulağında çapıq var - keçən il sui-qəsd cəhdindən güllə dəliyi.

Həkimi prezidentin qan təzyiqinin yuxarı həddinin 128, aşağı həddinin 74-ün üstündə olduğunu söyləyib.
Trampın dərisində böyümələr var, lakin onlar xoş xassəlidir, eyni zamanda Günəş zədələməsinin izləri də nəzərə çarpır.
Trampın özü də testdən keçdikdən sonra jurnalistərə çox yaxşı formada olduğunu bildirib.
Tramp prezident kimi bundan əvvəl hərtərəfli müayinədən 2020-ci ilin iyununda keçmişdi.
 

A.Qorxmaz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Aprel 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri