Icma.az
close
up
RU
Tramp NATO nu parçalayır? Türkiyə ilə Rusiya üz üzə

Tramp NATO nu parçalayır? Türkiyə ilə Rusiya üz üzə

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kənan NOVRUZOV
BDU Jurnalistika fakültəsinin müəllimi

Xarici KİV ABŞ-nin NATO üçün təhdid yaratdığını bildirir. Qeyd olunur ki, Alyansın 76 illik tarixində müxtəlif böhranlar yaşanıb, lakin hazırkı vəziyyət alyans üçün ən ciddi sınaqlardan biridir.

ABŞ Prezidenti Donald Trampın NATO-nun kollektiv müdafiə prinsipini sual altına alması və müttəfiqlərin müdafiəsinə yalnız “ödəyənlər” üçün zəmanət verəcəyini bildirməsi alyansın gələcəyini qeyri-müəyyən edib. Tramp administrasiyasının NATO-dan tamamilə çıxmaq ehtimalı da var. 2023-cü ildə ABŞ Konqresi prezidentin alyansdan çıxmasını qadağan edən qanun qəbul etsə də, administrasiyanın bunu gözardı edəcəyi təqdirdə, Ali Məhkəmənin müdaxilə edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, ABŞ alyansın ən güclü üzvü və əsas təhlükəsizlik təminatçısı olub. NATO-nun kollektiv müdafiə sistemi əsasən ABŞ-nin hərbi qüdrətinə söykənir. Lakin Trampın siyasəti bu sistemi ciddi şəkildə sarsıdır.

Nəzəri olaraq, ABŞ NATO-dan çıxdıqdan sonra müqavilə digər 31 üzv üçün qüvvədə qalacaq. Lakin praktiki olaraq, ABŞ-nin rolu əvəzolunmazdır və bu boşluğu qısa zamanda doldurmaq çətin olacaq. Buna görə Avropa ölkələri daha çox vəsait ayırmalı, hərbi texnologiyalarını gücləndirməli və NATO-nun əsas qüvvəsini formalaşdırmalıdır. Məsələn, Almaniya və digər Avropa ölkələri müdafiə büdcələrini artırmaq üçün yeni qanunlar qəbul ediblər. Avropa İttifaqı da ümumi müdafiə üçün 150 milyard avro ayırmağa və müdafiə xərclərinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa qərar verib.

Bəzi sahələrdə, xüsusilə nüvə silahları məsələsində, ABŞ-nin tamamilə ayrılması qeyri-real görünür. Lakin Avropa ölkələri daha çox məsuliyyət götürərək alyansın mövcudluğunu təmin edə bilər.

NATO-nun gələcəyi qeyri-müəyyən olsa da, Avropa ölkələrinin öz təhlükəsizliyini təmin etmək üçün kifayət qədər potensialı var. ABŞ-siz NATO artıq reallığa çevrilə bilər və bu prosesin başlanğıcı üçün ən uyğun vaxt məhz indidir.

Məlum olduğu kimi, Tramp hakimiyyətə gələndən sonra bəzi məsələlərlə bağlı Vaşinqtonla Brüssel arasında fikir ayrılığı yaranıb. Bu, özünü xüsusilə Rusiya- Ukrayna müharibəsində göstərir. Tərəflər arasındakı mövcud ziddiyyət isə NATO daxilindəki duruma da təsir edir. 
İkinci bir tərəfdən, Tramp artıq bir neçə dəfə ölkəsinin Alyansdan çıxacağı barədə fikirlər səsləndirib. Bu, gələcəkdə NATO-nun parçalana biləcəyinə dair ehtimalları artırır. Doğrudur ki, NATO güclü, ciddi hərbi – siyasi əsasları olan təşkilatdır. Bu baxımdan asanlıqda parçalanmaz. Buna baxmayaraq, Avropa ilə ABŞ arasında davam edən fikir ayrılıqları NATO-nu zəiflədə bilər. 

ABŞ-nin yaxın zamanda NATO-dan çıxacağını düşünmürəm. Amma əgər bu olarsa, Alyans mahiyyətini itirəcək, Çünki NATO-nun əsas özəlliklərdən biri Avropa ilə ABŞ-ı birləşdirən blok olmasıdır. ABŞ təşkilatdan çıxarsa, Avropa ölkələri özlərini birləşdirən yeni bir hərbi qurum yarada bilərlər. 

Fikrimcə, Türkiyə bir NATO ölkəsi kimi gələcəkdə Alyansın zəifləməməsi üçün ABŞ-la Avropa arasında münasbətlərin normallaşması, yaxud daha da gərginləşməsinin qarşısının alınmasından ötrü çalışa bilər. 

Rusiya isə ABŞ ilə münasibətlərin hazırkı səviyyəsindən istifadə edərək NATO-nun zəifləməsi üçün çalışa bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Mart 2025 12:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri