Icma.az
close
up
RU
Tramp NATO nun baş katibi ilə razılığa gəldi “Bu, əbədi razılaşmadır...”

Tramp NATO nun baş katibi ilə razılığa gəldi “Bu, əbədi razılaşmadır...”

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı mövqeyini dəstəkləməyən Avropa ölkələrinə qarşı tətbiq ediləcəyi elan olunan yeni gömrük rüsumlarının dayandırıldığını açıqlayıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Tramp bu barədə yanvarın 21-i axşam saatlarında İsveçrənin Davos şəhərində NATO-nun baş katibi Mark Rütte ilə görüşündən sonra danışıb. ABŞ Prezidenti bildirib ki, tərəflər Qrenlandiya və ümumilikdə Arktika regionu ilə bağlı gələcək razılaşmanın əsaslarını formalaşdırıblar.

Tramp görüşdən sonra sosial şəbəkə hesablarında yazıb ki, əldə olunan anlaşma ABŞ və NATO üzvü olan bütün ölkələr üçün böyük üstünlük ola bilər: “NATO-nun baş katibi Mark Rütte ilə çox məhsuldar görüşün nəticəsində Qrenlandiya və mahiyyət etibarilə bütün Arktika regionu ilə bağlı gələcək razılaşmanın əsasını formalaşdırdıq. Bu qərar həyata keçirilərsə, ABŞ və bütün NATO ölkələri üçün böyük müsbət nəticələr verəcək. Bu anlayışa əsaslanaraq, fevralın 1-dən qüvvəyə minməli olan rüsumları tətbiq etməyəcəyəm. Hazırda Qrenlandiya kontekstində ABŞ-nin “Qızıl Qübbə” hava hücumundan müdafiə layihəsi ilə bağlı əlavə müzakirələr aparılır və danışıqlar irəlilədikcə bütün məlumatlar açıqlanacaq”.

Bununla belə, Tramp Mark Rütte ilə müzakirə etdiyi Qrenlandiya ilə bağlı planın detalları barədə konkret açıqlama verməyib. Jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti yalnız qeyd edib ki, söhbət uzunmüddətli və faktiki olaraq müddətsiz bir razılaşmadan gedir: “Bu, uzunmüddətli razılaşmadır. Mümkün olan ən uzunmüddətli razılaşmadır. Onun vaxt limiti yoxdur. Bu, əbədi olacaq”.

Xatırladaq ki, Tramp yanvarın 17-də Qrenlandiya ilə bağlı mövqeyini dəstəkləməyən Avropa ölkələrinə qarşı sanksiya xarakterli rüsumların tətbiq olunacağını bəyan etmişdi. Onun açıqlamasına görə, fevralın 1-dən etibarən Danimarka, Norveç, İsveç, Fransa, Almaniya, Böyük Britaniya, Niderland və Finlandiyadan ABŞ-yə idxal olunan bütün mallara 10 faiz, iyunun 1-dən isə 25 faizə qədər gömrük rüsumu tətbiq edilməli idi.

Tramp həmin vaxt bildirmişdi ki, bu rüsumlar “Qrenlandiyanın tam və qəti şəkildə satın alınması ilə bağlı razılaşma əldə olunana qədər” qüvvədə qalacaq.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 22 Yanvar 2026 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri