Icma.az
close
up
RU
Tramp nə demişdisə, onu edir: günah Zelenskidədir

Tramp nə demişdisə, onu edir: günah Zelenskidədir

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Trampın xüsusilə Ukraynaya təzyiqləri, hərbi yardımı və kəşfiyyat məlumatlarını ötürməyi dayandırması fonunda onun “KQB agenti” olması, KQB-nin hələ ötən əsrin 80-ci illərindən onu ələ alması iddiaları səsləndirilməkdədir.

Axar.az xəbər verir ki, bu barədə danışan siyasətçi Natiq Cəfərli iddiaları absurd adlandırıb.

O xatırladıb ki, Trampın “KQB agenti” olması ilə bağlı ehtimallar irəli sürənlər bunu daha çox onun ilk həyat yoldaşına bağlayırlar:

“Trampın ilk həyat yoldaşı, 1949-cu ildə o vaxtkı adı ilə Çexoslovakiyada doğulan İvana Zelniçkova model olub, 1971-ci ildə Avstriya vətəndaşı, xizək sürmə instruktoru, yəhudi əsilli Alfred Vinklmayrla evlənib, əvvəl ABŞ-a gəlib, 2 il sonra boşanıb və Kanadaya köçüb. Orada 4 il yaşayandan sonra 1976-ci ildə ABŞ-a geri dönüb, Donald Trampla tanış olub və onlar 1977-ci ildə evləniblər.

Donald və İvana 1992-ci ildə boşanıblar. Belə çıxır ki, KQB uzun illər İvananı Tramp üçün hazırlayıb, Donald tanınmağa başlayanda da boşatdırıbmış? Absurddur! 18 xüsusi xidmət orqanı olan ABŞ kimi bir dövlətin başçısına “KQB agenti” demək qədər absurd heç nə ola bilməz.

Yeri gəlmişkən, İvana Donald Trampdan sonra da iki dəfə ailə qurub”.

N.Cəfərli Donald Trampın ziddiyyətli, bir-biri ilə uyğun gəlməyən qərarlar verməsi, tez-tez fikrini dəyişməsi haqda iddiaları da təkzib edib:

“Əksinə, Tramp hətta seçkidən öncə bu gün etdiklərinin anonsunu verib. Hələ 2024-cü ilin əvvəlində bəyan etmişdi ki, müharibəni bitirmək üçün Ukraynaya da, Rusiyaya da təzyiq edəcək - Kiyev razı olmasa, hərbi və maddi yardımı kəsəcək, Moskva razılaşmasa, Rusiyaya qarşı ən sərt sanksiyalar qoyub, paralel olaraq Ukraynaya ən müasir silahlar verəcək. Yəni “ikili şantaj” strategiyasıni 1 il öncə elan etmişdi. Sadəcə, Zelenski və komandası avropalıların oyununa gələrək, onları masaya qaytarmaq üçün ilk hədəf oldular, Moskva isə ağıllı davranıb, Trampın təkliflərini geri çevirmədi.

Tramp seçkidən öncə dəfələrlə Kanada, Meksika, AB ölkələri və Çinə qarşı tarif artırmaq siyasətini yürüdəcəyini demişdi, indi də edir.

Seçkidən öncə Avropaya, “NATO-ya çox pul ayırın, biz sizi 80 il havayı qoruduq, daha etməyəcəyik”, demişdi, indi də onu edir.

Avropanı, dünyanın bir hissəsini şoka salan nədir? Hamı nədənsə belə düşünürdü ki, ABŞ-ın borcu dünyada demokratiyanı və ya demokratiya adı altında maraqların sırınmasını qorumaqdır. ABŞ nədən öz maraqlarını yox, başqalarının maraqlarını qorumalıdır ki?! Əgər AB ölkələri özlərini qorumaq üçün pul xərcləmirdilərsə, 80 il ABŞ çətiri altında rahat oturub, öz xalqlarının rifahını ABŞ-ın müdafiə xərcləri hesabına artırırdılarsa, niyə indi ABŞ onları qorumalıdır ki?!

O ki qaldı “ümumi dəyərlər”ə, bu da mifdir; Avropanın maraqları həmişə dəyərlərindən üstün olub, pandemiya sürəcində isə insan haqlarını necə zövqlə tapdaladıqlarını görmüşdük. ABŞ vitse-prezidenti Vens də Münhendə açıq dedi ki, bizim dəyərlərimiz artıq fərqlənir, siz Rumıniyada xalqın səsi ilə qalib gələn insanı 9 hakimin qərarı ilə hakimiyyətə buraxmırsınızsa, deməli, demokratiyaya da inanmırsınız, sizin öz maraqlarınız dəyərlərinizi yeyib-bitirib. Əgər hamı öz maraqları dalınca qaşırsa, ABŞ nədən bunu etməməlidir ki?!”

Siyasətçi vurğulayıb ki, dünyada son dövrlərdə ilk dəfədir ki, mübarizə ideoloji müstəviyə keçib:

“Avropa ölkələri öz dəyərlərinə, insan haqlarına geri dönməsələr, ABŞ-la olan rəqabətə davam gətirməyib parçalanacaqlar. Yəni AB ayaqda qalması üçün təməl prinsiplərə qayıtmalıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://axar.az
archiveBu xəbər 10 Mart 2025 08:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri