Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Vaşinqton, 18 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya növbəti parlament seçkilərində tam dəstəyini ifadə edib.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Netanyahunu güclü və cəsarətli lider adlandıraraq, onun İranla mübarizədə Vaşinqtonun mühüm tərəfdaşı olduğunu vurğulayıb.
“Bu məktub mənim Benyamin Netanyahunun İsrailin Baş naziri vəzifəsinə yenidən seçilməsi üçün namizədliyini tam və qəti şəkildə dəstəklədiyimin ifadəsidir. Netanyahu sizi heç vaxt məyus etməyəcək”, - deyə Tramp bildirib.
O həmçinin bildirib ki, Netanyahudan başqa bir şəxsin İsrailə rəhbərlik etməsi halında İranla mübarizənin əsas yükü ABŞ-nin üzərinə düşə bilər.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 18 Oktyabr 2026 19:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















