Icma.az
close
up
RU
Tramp Norveçi cəzalandıra bilər AÇIQLAMA

Tramp Norveçi cəzalandıra bilər AÇIQLAMA

Metbuat portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

2025-ci il üzrə Nobel Sülh Mükafatının qalibi 338 namizəd arasından venesuelalı siyasətçi Mariya Korina Maçado olub. Son zamanlar bu mükafata potensial namizəd kimi ABŞ Prezidenti Donald Trampın da adı çəkilirdi. Buna səbəb kimi isə onun ikinci prezidentlik dövründə bir neçə ölkə arasında baş verən münaqişələrə son qoyması idi.

Politoloq Elşad Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, Tramp hakimiyyətə gələndən bəri müharibələri dayandırmağa, sülh və əmin-amanlığı yaratmağa çalışırdı:

“Hələ seçkidən əvvəl də o bildirmişdi ki, əgər prezident olsaydı, Rusiya-Ukrayna müharibəsinin başlamasına imkan verməzdi. O, artıq dünyada gedən səkkiz müharibəni dayandırdığını da bəyan edib. Məsələn, Fələstin HƏMAS-la İsrail arasında sülh müqaviləsi imzalanıb, indi isə növbədə Rusiya-Ukrayna müharibəsi qalır. Bu, onun əməllərində də aydın görünür – Tramp həqiqətən də dünyada barışın bərqərar olmasını, müharibələrin baş verməməsini istəyir. Hətta Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin də Vaşinqtonda onun iştirakı ilə paraflanması bizim üçün böyük sevincdir. Nəhayət, 30 illik işğal dövrünə son qoyulub, sülh müqaviləsi imzalanıb”.

E.Həsənov qeyd edib ki, Tramp Nobel Sülh Mükafatı almadığı üçün Norveçə qarşı yeni tariflər tətbiq edə və bir növ onları cəzalandıra bilər:

“Norveç elə bir ölkədir ki, Nobel Komitəsinin üzvləri heç kəsdən asılı deyillər, obyektiv qərar qəbul edirlər və qorxmadan, layiq olan şəxsi seçirlər. Mən hesab edirəm ki, Tramp indiki dövründə doğrudan da dünyada sülh və sabitliyin olması üçün var gücü ilə çalışır. Ona görə də, ən azından növbəti dəfə Trampa Nobel Sülh Mükafatının verilməsi çox yerinə düşərdi”.

Sevinc İbrahimzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Oktyabr 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see416

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see403

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see313

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see273

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see272

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see252

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see252

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see251

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see211

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see208

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see200

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see196

Gəncə icra hakimiyyətinə yeni texnikalar alınıb

05 Avqust 2026 16:59see196

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see195

Özgür Özəl həbs olunacaq

05 Avqust 2026 00:43see176

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see173

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see173

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see172

Fransada sosial gərginlik aviaşirkət işçiləri tətilə başlayır

05 Avqust 2026 02:23see170

Müşfiqabadda qalmaqal: Sərxoş halda qəbiristanlığa gəlib insanları söydü

05 Avqust 2026 14:00see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri