Icma.az
close
up
RU
Tramp: Ödəniş etməyən heç bir NATO ölkəsini qorumayacağıq

Tramp: Ödəniş etməyən heç bir NATO ölkəsini qorumayacağıq

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

NATO-nun çox pul ödədiyini, lakin digər ölkələrin xərclərinin lazımi həcmdən az olduğunu bildirən ABŞ prezidenti Donald Tramp, “pul ödəməyən heç bir NATO ölkəsini qorumayacağıq” deyə qeyd edib.

Bizimyol.info xəbər verir ki, Oval Ofisdə keçirilən imza mərasimində ABŞ prezidenti Tramp Rusiya-Ukrayna gündəmindən Yaxın Şərqə qədər bəzi xarici siyasət mövzularında gündəmi dəyərləndirib.

Tramp Rusiya və Ukrayna ilə danışıqların davam etdiyini və əhəmiyyətli irəliləyiş əldə etdiklərini bildirib: “Son iki gündə Rusiya və Ukrayna ilə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdik. Ukrayna sövdələşməyə getmək istəyir, çünki onların başqa seçimi olmadığını düşünürəm. Düşünürəm ki, Rusiya da müqavilə bağlamaq istəyindədir”, - deyə bildirib.

ABŞ prezidenti həmçinin bildirib ki, ölkədəki 240 minə yaxın ukraynalı mühacirin müvəqqəti hüquqi statusunda dəyişiklik olub-olmayacağı ilə bağlı tezliklə qərar verəcək. Digər tərəfdən, Tramp ABŞ-ın NATO-ya həddən artıq çox pul ödədiyini, lakin digər ölkələrin xərclərinin lazımi həcmdən az olduğunu qeyd edib.

Tramp: “Dedim ki, pul verməsəniz, sizi müdafiə etməyəcəyik. Mən bunu 7 il əvvəl dedim və bunun üçün mənə yüz milyonlarla dollar ödədilər. Dedilər ki, borcumuz olsaydı, bizi müdafiə edərdin? Dedim ki, yox, müdafiə etməyəcəyəm”, - deyə bildirib.

“Mən NATO-nu potensial olaraq yaxşı görürəm, lakin NATO-da bu ödəniş vəziyyəti çox ədalətsizdir”, - deyən Tramp bildirib ki, bəzi ölkələr müdafiə xərclərini özləri ödəyir və bunun müqabilində ticarətdə bu ölkələr tərəfindən “soyulurlar”.

Tramp ABŞ və HƏMAS arasında birbaşa danışıqlar xəbərinə də münasibət bildirib: “Həmas ilə danışıqlar aparırıq. Biz bu danışıqlarda İsrailə yardım edirik. Həmasa pul vermirik”, - deyib.

HƏMAS-ın Qəzzanı idarə etməməsi lazım olduğunu bildirən Tramp, HƏMAS-ın əlində olan bütün girovların azad edilməli olduğunu bildirib.

Digər tərəfdən Tramp ABŞ və Səudiyyə Ərəbistanı arasında əlaqələrin çox yaxşı olduğunu və bu ölkənin Amerika şirkətlərinə kifayət qədər sərmayə qoyacağı təqdirdə Səudiyyə Ərəbistanına gedəcəyini bildirib.

Tramp: “Dedim ki, 4 il ərzində 1 trilyon dollar dəyərində Amerika şirkətlərini alsanız, gedəcəm”. Bunu etməyə razılaşdılar, mən də ora gedəcəm. Mənim onlarla əla münasibətim var. Onlar hərbi texnika almaq üçün Amerika şirkətlərinə çoxlu pul xərcləyəcəklər”, - deyib.

ABŞ prezidenti dünya ölkələrində, o cümlədən Rusiya və Çində çoxlu nüvə silahının olduğunu qeyd edərək, bütün ölkələrin nüvə silahından azad olmasının yaxşı olacağını vurğulayıb.

Tramp: “Hamımız nüvəsiz ola bilsək, əla olardı, çünki nüvə silahının gücü ağılsızlıqdır. Nüvəsizləşdirmə danışıqlarına başlamaq istərdim”, - deyə qeyd edib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 07 Mart 2025 08:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri