Tramp Omanın İrana güzəşt etməsindən narazıdır
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Trampın administrasiyası hesab edir ki, Oman İranla Hörmüz boğazına nəzarət məsələsi üzrə danışıqlarda həddindən artıq güzəştlərə gedib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi mənbələrə istinadla məlumat yayıb.
ABŞ İran və Oman arasında razılaşdırılmış sazişlərin bir hissəsi ilə razı deyil. Xüsusilə, Vaşinqton iki ölkənin Hörmüz boğazına giriş-çıxışa birgə nəzarət etməsi və gəmilərdən tranzit haqqı tutulması barədə razılaşmadan narazıdır. Ağ Ev hesab edir ki, Oman İranla danışıqlarda kifayət qədər sərt mövqe nümayiş etdirməyib.
Avqustun 17-də Donald Tramp Omandan narazılığını ifadə edərək, Oman İranla ABŞ arasındakı münaqişənin nizamlanmasına mane olacağı təqdirdə sultanlığı cəhənnəmə çevrilənədək bombalamaqla hədələyib.
Baxış sayı:108
Bu xəbər 19 Avqust 2026 10:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















