Tramp ona qarşı sui qəsd cəhdi zamanı hüquq mühafizə orqanlarının səhvlərə yol verdiklərini bildirib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp xüsusi xidmət orqanlarının ona qarşı sui-qəsd cəhdinə dair məruzələrindən razı olduğunu, lakin hüquq-mühafizə orqanlarının əməkdaşlarının həmin gün səhvlərə yol verdiklərini bəyan edib.
Oxu.Az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News" telekanalına müsahibəsində bəhs edib.
"Federal Təhqiqat Bürosu, Məxfi Xidmət, Ədliyyə Nazirliyi bir neçə dəfə mənə məruzə ediblər. Mən bundan məmbun qaldım. Onların binada adamı olmalı idi. Onlar yerli polislə əlaqə saxlamalı idilər. Edilməməli olan səhvlər edildi" , - deyə o vurğulayıb.
Xatırladaq ki, 2024-cü il iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən seçkiqabağı kampaniya mitinqində Trampa atəş açılıb.
Siyasətçi qulağından yüngül yaralanıb. Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks olub. O, Məxfi Xidmət əməkdaşları tərəfindən yerindəcə zərərsizləşdirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 İyul 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















