“Onu paraşütlə Kubaya atacağıq” Tramp Rubionu ələ saldı
Icma.az, Azpolitika.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp "problemi həll etmək üçün” Dövlət katibi Marko Rubionu Kubaya paraşütlə atmağı təklif edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Texasda Respublikaçılar Partiyasının tərəfdarları qarşısında çıxışı zamanı Kuba mövzusunda danışarkən deyib.
"Bəlkə İranla bağlı işlərimizi bitirdikdən sonra, geri qayıdarkən Markonu(Marko Rubionu nəzərdə tutur-red.) Kubaya paraşütlə atacağıq. Onu Kubanın tam ortasına atacağıq və o, iki dəqiqəyə problemi həll edəcək", - deyə o bildirib.
"Kuba bütün digərləri kimi bizim istiqamətimizdə irəliləyir, çünki ölkəmizə yenidən hörmət edilir", - deyə Tramp iddia edib. Ancaq bu zaman o, Kubanın hansı addımını nəzərdə tutduğunu dəqiqləşdirməyib.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Oktyabr 2026 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















