Icma.az
close
up
RU
Tramp oyun qaydalarını dəyişdi Bakı regionun əsas güc mərkəzidir

Tramp oyun qaydalarını dəyişdi Bakı regionun əsas güc mərkəzidir

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanan Birgə Bəyannamə region üçün tarixi dönüş nöqtəsi, yeni geosiyasi reallığın göstəricisidir.

Modern.az-ın məlumatına görə, bunu Amerikanın nüfuzlu “Carnegie” Fondunun əməkdaşı, tanınmış britaniyalı Cənubi Qafqaz üzrə ekspert Tomas de Vaal ABŞ-ın “Foreign Affairs” jurnalında dərc olunmuş məqaləsində bildirib.

De Vaal yazır ki, ABŞ Prezidenti Donald Tramp iki ölkənin liderləri İlham Əliyev və Nikol Paşinyanla Ağ Evdə görüşünü “tarixi sülh sammiti” adlandırıb. Bir çox müşahidəçi bunu həddən artıq pafoslu açıqlama hesab etsə də, bu dəfə Tramp həqiqətən də mühüm diplomatik uğura imza atıb.

Müəllifin fikrincə, tərəflər aylarla aparılan danışıqlardan sonra aralıq sülh sazişinə imza atmaqla həm ABŞ-a, həm də bir-birilərinə güvən nümayiş etdiriblər. Ən diqqətçəkən məqamlardan biri isə odur ki, nə Azərbaycan, nə də Ermənistan bu dəfə Rusiyanı təminatçı kimi prosesə buraxmaq istəyib.

“Əgər siz Putinə verilən vədləri pozmaq istəyirsinizsə, Oval kabinet bunu etmək üçün ən münasib yerdir”, - De Vaal ironik şəkildə vurğulayır.

Ekspertin sözlərinə görə, Ağ Evdə imzalanmış sənədlərin əsas hissəsi Zəngəzur dəhlizi ilə bağlıdır. Bu dəhliz artıq “Tramp marşrutu” adlandırılır və faktiki olaraq 10 noyabr 2020-ci il üçtərəfli bəyanatını əvəz edir. Həmin sənədə görə, dəhlizin təhlükəsizliyi Rusiya tərəfindən təmin edilməli idi. Lakin yeni reallıqda Moskva kənarda saxlanılıb.

O qeyd edib ki, ABŞ-ın təşəbbüsü ilə həyata keçiriləcək bu layihə sadəcə regional tranzit yolu yox, həm də Şərq-Qərb nəqliyyat magistralının əsas hissəsinə çevrilə bilər. Bunun üçün Vaşinqtonun “TRIPP” layihəsi çərçivəsində Ermənistan, Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq etməsi vacibdir.

Məqalədə vurğulanır ki, razılaşmanın uğurlu olması üçün ABŞ təkbaşına kifayət deyil. Avropa İttifaqı regiona həm maliyyə, həm də siyasi dəstək baxımından Vaşinqtondan qat-qat çox sərmayə yatırıb. Buna görə də Brüsselin iştirakçılığı sazişin gələcəyi üçün həlledici əhəmiyyət daşıyır.

Moskva və Tehran prosesdən ən çox narazı olan tərəflərdir. Rusiya sazişə soyuq münasibət göstərsə də, bu, onun razılaşmadan məmnun qaldığı anlamına gəlmir. Əksinə, Moskva imkan düşən kimi sazişi sabotaj etməyə çalışacaq.

İranın narazılığı isə əsasən Zəngəzur dəhlizinin geoiqtisadi əhəmiyyətindən qaynaqlanır. De Vaal qeyd edir ki, əgər Bakı və İrəvan yekun detalları razılaşdıra bilməsələr, Tehran və Moskva boşluqdan istifadə edərək sazişi zəiflətməyə çalışacaqlar, bu təhlükə xüsusilə Trampın prezidentlik müddəti başa çatmasından sonra üzə çıxa bilər.

Məqalədə diqqətə çatdırılır ki, Ağ Evdə imzalanmış saziş Azərbaycanın Cənubi Qafqazda dominant oyunçuya çevrilməsini təsdiqləyir. Bu prosesin başlanğıcı 2020-ci ildəki 44 günlük müharibə ilə qoyuldu.

Azərbaycan həmin müharibədə bütün işğal olunmuş ərazilərini azad etməklə bölgədə güc balansını köklü şəkildə dəyişib. Uzun illər diplomatik prosesdə dalana dirənmiş Bakı bu dəfə hərbi və siyasi üstünlüyünü birləşdirərək regionun əsas aparıcı qüvvəsinə çevrilib.

De Vaal Azərbaycanla Rusiya arasında münasibətlərin kəskin pisləşməsinə də geniş yer ayırır. O xatırladır ki, 2022-ci ilin fevralında İlham Əliyev və Vladimir Putin strateji saziş imzalasa da, sonrakı illərdə münasibətlər sürətlə gərginləşib. 2024-cü ilin dekabrında Rusiya zenit raketinin Azərbaycan sərnişin təyyarəsini vurması və 38 mülki şəxsin ölümü münasibətlərdə dönüş nöqtəsi olub. Putin rəsmi üzr istəmədiyi üçün Azərbaycan sərt bəyanatla çıxış edib.

2025-ci ilin yayında Yekaterinburqda azərbaycanlıların polis tərəfindən əsassız saxlanılması və iki nəfərin ölümü gərginliyi daha da artırıb. Kremlin daxili siyasət üzrə kuratoru Sergey Kiriyenkonun Cənubi Qafqaza məsul təyin olunması da Bakı tərəfindən narahatlıqla qarşılanıb.

Məqalədə qeyd olunur ki, Prezident İlham Əliyev artıq açıq şəkildə Rusiyanın yeni regional nizamda rolunu istisna edir.

Ekspert həmçinin Ermənistanın da Moskvanın təsirindən qurtulmaq üçün ciddi addımlar atdığını yazır. Baş nazir Nikol Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı sərt mövqeyi, Rusiyaya bağlı oliqarxların, o cümlədən milyarder Samvel Karapetyanın həbsi, Moskvaya yaxın çevrələrin çevriliş cəhdlərinin neytrallaşdırılması Ermənistanın yeni istiqamət seçdiyini göstərir.

De Vaal hesab edir ki, Paşinyanın bu addımları tarixi asılılıqlardan qurtulmaq və ölkəni yeni diplomatik xəttə yönləndirmək məqsədi daşıyır.

Müəllifin qənaətinə görə, həm Azərbaycan, həm də Ermənistan eyni vaxtda Moskvanın təsirindən uzaqlaşmağa çalışır. Bu isə Vaşinqtonun təşəbbüsləri üçün əlverişli zəmin yaradıb.

De Vaal yazır ki, ABŞ-ın təşəbbüsü ilə imzalanan bu saziş hələ kövrəkdir. Onun uğuru ABŞ və Aİ-nin davamlı dəstəyindən, Bakı və İrəvanın isə cəsarətli addımlarından asılı olacaq. Əks halda, Rusiya və İran prosesi pozmağa çalışacaq.

Azərbaycan və Ermənistanın Ağ Evdə imzaladığı razılaşma regionun yeni reallıqlarını təsdiqləyir. Bakı artıq Cənubi Qafqazın əsas gücünə çevrilib, Ermənistan isə Rusiyadan uzaqlaşmaq yolunu seçib.

“Trampın vasitəçiliyi ilə imzalanan bu sənəd Cənubi Qafqazın onilliklərdir davam edən münaqişə dövründən çıxması üçün nadir fürsətdir. Amma bu fürsətin reallığa çevrilməsi ABŞ və Avropanın birlikdə atacağı addımlardan asılı olacaq”, - deyə ekspert vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:69
embedMənbə:https://modern.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri