Tramp prezidentliyinin ilk günündə rekord sayda fərman imzalayacaq
Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.
Trampın planı Amerika siyasətinin hələ görmədiyi “icra çevrilişi”dir.
Turkustan.az xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezidentliyinin ilk günündə rekord sayda - 100-dən çox sərəncam imzalamağı planlaşdırır. Bunlar qeyri-leqal miqrantların deportasiyası, sərhəd təhlükəsizliyi və bir sıra digər siyasi prioritetlərdir. Qeyd olunur ki, Trampın iddialı planları Kapitolidə respublikaçı senatorlarla təkbətək görüşü zamanı məlum olub.
Xüsusilə, Trampın baş müşaviri Stiven Miller konqresmenləri sərhədlərin qorunması və immiqrasiya nəzarətinin təmin edilməsi üzrə tədbirlər haqqında məlumatlandırıb .
O, icra sərəncamlarının əksəriyyətinin 20 yanvar 2025-ci ildə, Trampın andiçmə mərasiminin keçirildiyi gün qüvvəyə minəcəyini deyib. Senator Con Hooven isə qəzetə deyib ki, ümumiyyətlə sərəncamlar çox olacaq.
Nəşr təsdiq edir ki, Trampın komandası onun tez bir zamanda imzalaya biləcəyi böyük fərmanlar paketi hazırlayıb. Bunlara ABŞ və Meksika arasında sərhəd nəzarətinin artırılması, enerjinin inkişafı, işçi qəbulu qaydalarına dəyişikliklər, məktəblərdə gender siyasətinin ləğvi, məcburi peyvəndlərin ləğvi, seçki kampaniyası, o cümlədən Trampın fəal şəkildə verdiyi digər vədlərə dair sərəncamlar daxildir.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 Yanvar 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















