Tramp Putin bazarlaşması: Ağ Ev Zelenskini kapitulyasiyaya sürükləyir
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya müharibəsinin dayandırılmasına nail olmaq üçün ələ düşən bütün fürsətlərdən yararlanmağa çalışır.
Bu dəfə Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya lideri Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə çağırıb.
"Bakupost" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Lakin Zelenski BMT Baş Assambleyası çərçivəsində ABŞ prezidenti ilə keçirdiyi görüş zamanı bu təklifi rədd edib. Ukrayna liderinin mövqeyinə bələd olan şəxslərin sözlərinə görə, Trampın bu məsələni qaldırması onu məyus edib.
Qeyd edək ki, sentyabrın 23-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Volodimir Zelenskini Vladimir Putinlə görüşmək üçün Moskvaya dəvət edib. Bu fonda o bildirib ki, Rusiya tərəfi ona lazımi təhlükəsizlik təminatları verəcək.
Tramp da öz növbəsində Kremlin istəyinə uyğun çıxış edərək, Zelenskini Moskvaya getməyə çağırıb.
Konfliktoloq Üzeyir Şəfiyev “Bakupost”a bildirib ki, Donald Tramp Amerikanın aneksiya siyasətinə haqq qazandırmaq üçün Rusiya kimi geosiyasi gücün anoloji hərəkətlərinə də eyni müstəvidən yanaşır:
“Yəni Tramp gücün hüququnu diktə edir və geosiyasi arenada daha çox ABŞ-Rusiya qütblərini konfiqurasiya etmək istəyir. Tramp prosesə qoşulandan üzü bəri taktiki səhvlərə yol verərək, əksər hallarda məhz Putinə dəstək verib”.
Bu da konfliktoloqa görə, onu göstərir ki, Tramp qlobal miqyasda güc balansını Rusiya ilə bölüşməkdə maraqlıdır, nəinki Çinlə:
“Zelenskini danışıq aparmaq üçün Moskvaya getməyə çağırmaqda da məqsədi onu kapitulyasiyaya sürükləməkdir. Bu isə Trampla Putinin təsir zonalarını bölüşdürməklə bağlı danışıq aparmalarından xəbər verir. Görünür, onlar arasında bu istiqamətdə hansısa bir qarşılıqlı anlaşma, siyasi bazarlaşma da var. Ola bilsin Tramp sözügedən bölgədə Putin üçün bəzi imkanlar tanıyıb. Əvəzində Putin də bəzi məsələlərdə Trampa loyal yanaşır”.
Müsahibimiz Zelenskinin Trampın çağırışını müsbət cavablandıracağını düşünmür:
“Tramp Zelenskini buna məcbur edə bilməyəcək. Bu Trampın həll edə biləcəyi məsələ deyil”.
Ekspertin sözlərinə görə, Tramp əslində bu çağırışla öz imicinə növbəti dəfə zərbə vurub:
“Nəticədə o, ABŞ-nin konfliktin çözülməsi missiyasına problem yaratdı”.
Rüfət Sultan,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 26 Sentyabr 2026 19:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















