Icma.az
close
up
RU
Tramp Putinə 50 gün möhlət verib VİDEO

Tramp Putinə 50 gün möhlət verib VİDEO

Azvision saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

AzVision.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşdən sonra keçirdiyi brifinqdə Rusiyadan və şəxsən onun prezidenti Vladimir Putindən “çox, çox narazı” olduğunu deyib. Çünki Tramp iki ay əvvəl Ukraynada nizamlanma üzrə razılığa gəlməyə ümid edirdi, lakin görünür, bu baş verməyəcək.
Rusiyadan nə tələb olunur?
Bununla əlaqədar olaraq Amerika lideri Moskvaya ultimatum verərək, ondan münaqişəni 50 gün ərzində dayandırmağı tələb edib.
“Əgər 50 gün ərzində razılaşma əldə etməsək, çox sərt tariflər tətbiq edəcəyik - 100%-ə yaxın. Siz onları ikinci dərəcəli tariflər adlandırırsınız və bunun nə demək olduğunu bilirsiniz”, - Ağ Evin rəhbəri deyib.
Trampın sözlərinə görə, təklif edilən məhdudiyyətlər tətbiq olunarsa, Rusiya iqtisadiyyatına zərbə dəyəcək, lakin o, “bunun qarşısını almaq istəyir” . Eyni zamanda, Ameriak lideri Ukrayna ilə bağlı heç bir irəliləyiş olmadığı təqdirdə Vaşinqtonun ikinci dərəcəli tariflərinin tətbiqinin Konqresin təsdiqini tələb etməyəcəyini diqqətə çatdırıb.
O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlarını “çox xoş” adlandırıb, lakin bu danışıqlardan məyus olduğunu bildirib.
- Mən tez-tez onunla işlərin necə aparılacağı barədə danışıram, sonra telefonu bağlayıb deyirəm ki, yaxşı, xoş söhbət oldu. Sonra da Kiyevə və ya başqa şəhərə raket zərbəsi endirirlər”, - Tramp belə reallıqdan narazılığını gizlətməyib.
ABŞ prezidenti, eyni zamanda Putini “sərt adam” adlandırıb: "O, sərt oğlandır. Bu, uzun illər ərzində sübut olunub. O, bir çox insanları aldatdı - Buş, Klinton, Obama, Bayden. Amma məni yox”.
Donald Tramp təəssüflə bildirib ki, potensial olaraq Rusiya kimi belə böyük ölkə Ukrayna ilə münaqişəyə “bu qədər insan və bu qədər pul” xərcləyir. O, Putinlə “ədalətli razılaşma”ya ümid etdiyini deyib və “ədalətli razılaşmanın nə olduğunu bildiyini” vurğulayıb.
Ukraynaya silah tədarükü
ABŞ prezidenti həmçinin Ukraynaya “ən yaxşı hərbi texnika” tədarükünü davam etdirmək niyyətində olduğunu təsdiqləyib. Ancaq indi sxem dəyişəcək: hərbi yardım xərclərini Avropa İttifaqı (Aİ) ödəyəcək.
- Biz bu gün onlara silah göndərəcəyik və pulu onların ödəyəcəyi barədə razılığa gəldik. Patriot hava hücumundan müdafiə (HHM) sistemləri bir neçə gün ərzində Ukraynaya göndəriləcək. NATO müttəfiqləri öz silahlarını Kiyevə verəcək və ABŞ sonradan öz arsenallarını yeni sistemlərlə dolduracaq. Kiyevə verilən silahların dəyəri milyardlarla dollar təşkil edəcək”, - Donald Tramp məsələyə aydınlıq gətirib.
Amerikanın “Axios” portalının məlumatına görə, Vaşinqton ilk mərhələdə Kiyev üçün müttəfiqlərə təxminən 10 milyard dollarlıq silah satmaq niyyətindədir; paketə raketlər, HHM sistemləri və artilleriya mərmiləri daxil olacaq.
NATO-nun baş katibi Mark Rütte də Ukraynanın “külli miqdarda” hərbi texnika alacağını bildirib.
“Bu, həqiqətən də böyük kəmiyyətdir. Patriotların tədarükləri yalnız birinci dalğadır, başqaları da olacaq”, - Şimali Atlantika Alyansının baş katibi iddia eidb.
Rütte artıq Finlandiya, Danimarka, İsveç, Norveç, Böyük Britaniya, Hollandiya və Kanada da daxil olmaqla bir çox ölkə ilə bu mövzuda danışıqlar aparıb.
Kiyevə silah tədarükü üzrə koordinasiyahı NATO və ABŞ-nin blokdakı daimi nümayəndəsi Metyu Uitaker həyata keçirəcəklər. Mark Rütte qeyd edib ki, əgər o, Vladimir Putinin yerində olsaydı, Ukrayna üzrə danışıqlara indikindən daha ciddi yanaşmaq barədə düşünərdi.
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://azvision.az
archiveBu xəbər 15 İyul 2025 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see322

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see321

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see314

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see304

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see300

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see296

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see295

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see267

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see266

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see258

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see256

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see255

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see253

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see247

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see244

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see242

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see241

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see205

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see201

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri