Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

Heç bir estetik və botoksum yoxdur (Video)

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

Çinlilərdən inqilabi neft emalı üsulu

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

Panik atakla infarktı necə ayırd etmək olar?

Səhər yeməyində buna diqqət edin!

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

“Müharibə bu tarixdə bitəcək” Tramp Putinə son möhləti verdi

“Müharibə bu tarixdə bitəcək” Tramp Putinə son möhləti verdi

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kreml lideri razılaşmasa, NATO-nun Rusiya ilə üz-üzə gəlməsindən başqa çarəsi qalmayacaq; nüvə silahları işə düşə bilərmi?

Müharibənin aktiv mərhələsi 2026-cı ilin yayına qədər başa çatacaq, Rusiya iqtisadiyyatı sanksiyalar təzyiqinin təsirini hiss etməyə başlayacaq. Ukrayna prezidenti Vladimir Zelenski buna ümid etdiyini deyib. Lakin onun fikrincə, bunun üçün Moskvaya təzyiqləri artırmaq vacibdir.

“Əlbəttə, biz müxtəlif ölkələrdən olan analitiklərin və kəşfiyyat agentliklərinin məlumatlarını öyrənirik. 2026-cı ilin iyun ayı hamımızın müharibəni bitirmək üçün həqiqətən ümid etdiyimiz mərhələdir. Eyni zamanda, biz başa düşürük ki, ruslar artıq qəbul edilmiş sanksiyaların iqtisadi təsirini hiss edəcəklər. Və inanırıq ki, məhz 2026-cı ilin yayından onların iqtisadiyyatı bunu xüsusilə güclü hiss etməyə başlayacaq”, - Zelenski qeyd edib.

Onun sözlərinə görə, qeyri-şəffaflıq şəraitində Rusiyanın ehtiyatlarını və müharibəni davam etdirmək imkanlarını dəqiq qiymətləndirmək çətindir. “Bizdə bununla bağlı təfərrüat yoxdur. Bununla belə, aydındır ki, əsas təhdidlərdən biri onların hərbi-sənaye kompleksinin böyüməsidir. Biz görürük ki, gələn il bu artım dayanacaq və davamlı azalma başlayacaq. Onlar bütün resursları müstəsna olaraq müharibəyə yönəltməyə məcbur olacaqlar”, - Zelenski əlavə edib.

Ukrayna liderinin gözləntiləri nə dərəcədə əsaslıdır? Müharibə daha bir il uzanacaq, yoxsa?

Bu arada ABŞ Prezidenti Donald Tramp Putinin müharibəni bitirmək istəyib-istəmədiyini dəqiq bilmədiyini deyib. “İki həftə ərzində məlum olacaq ki, Putin bizi aldadır, ya yox. Əgər aldadırsa, onda başqa cür hərəkət edəcəyik”, - Tramp qeyd edib.

Artıq iki həftənin 4 günü keçib. Tramp sözündə duracaqmı?

Heydər Oğuz

Siyasi şərhçi Heydər Oğuz “Yeni Müsavat”a deyib ki, Qərb ölkələri Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq etməklə onun zəifləməsinə və çökməsinə ümid bağlayırlar: “Ukraynaya açıq dəstək vermək, onun güclü silahlarla təchiz etmək əvəzinə, Rusiyaya qarşı tətbiq olunan ağır sanksiyalar isə indiyədək ciddi nəticələr verməyib. Bunun səbəbi Rusiyanın Çin, İran və bəzi Avropa dövlətləri ilə iqtisadi əməkdaşlıqlarını davam etdirməsidir. ABŞ Senatı bunu anladığından Rusiya ilə iqtisadi əlaqələrini sürdürən ölkələrə qarşı ikinci dərəcəli sanksiya tətbiq etmək niyyətindədir. Senata təqdim olunan yeni qanun layihəsinə görə, Rusiyadan təbii qaz və digər məhsillar alan bütün ölkələrə 500 faizlik gömrük rüsumları tətbiq olunacaq. Əgər layihə qəbul olunarsa, bundan təkcə Rusiya yox, həmçinin Türkiyəyə və bir çox Aİ ölkələri də ciddi zərər görəcək. Odur ki, həmin qanun layihəsinin ABŞ və Qərb ölkələri üçün də ağrısız ötüşməyəcəyi də ortadadır”.

Ekspertə görə, ABŞ-ın bu sanksiya planının baş tutması daha çox Çindən asılıdır: “Hazırda dünyanın ikinci böyük iqtisadiyyatı olan Çin isə Rusiyanın Qərb tərəfindən küncə sıxışdırılmasını özü üçün qənimət hesab edir və ondan faydalanır. Bu səbəbdən də, Çinin gözlənilən bu sanksiyalara ciddi əhəmiyyət verəcəyini sanmıram. Bilirsiniz ki, bir müddət əvvəl ABŞ-la Çin arasında buna bənzər insident yaranmışdı və hər iki tərəf bir-birinə qarşı gömrük rüsumu savaşına başlamışdı. Qarşılıqlı inadlaşma nəticəsində tərəflərin bir-birinə qarşı gömrük rüsumları 145%-ə qədər yüksəlmişdi. Amma sonunda ilk geri çəkilən ABŞ-ın özü oldu. Çünki Çinlə ticari əlaqələrin tamamilə kəsilməsindən ən çox zərərçəkənin ABŞ olacağı anlaşıldı. Rusiya ilə ticari əməkdaşlığı davam etdirən, ondan qaz və neft alan Çinə yenə ağır gömrük rüsumları tətbiq olunarsa, Pekin də buna cavabsız qalmayacaq və nəticədə yenə ABŞ çətin vəziyyətə düşüb bu siyasətdən vaz keçəcək. Beləcə, Rusiyanın qarşı iqtisadi sanksiyalarla çökdürülməsi asan olmayacaq”.

H.Oğuzun fikrincə, sirr deyil ki, SSRİ-ni iqtisadi tənəzzüllə çökdürən Qərb dövlətləri keçmiş təcrübələrindən çıxış edərək bu təklifi gözdən keçirirlər: “Özü də təkcə indi yox, hələ Ukrayna müharibəsinin ilk illərindən etibarən. Hələ 2022-ci ildə Böyük Britaniyanın baş naziri Liz Truss Rusiyanı SSRİ-nin çöküş vəziyyətinə gətirmək üçün ona qarşı ağır sanksiyalar tətbiq olunmasını təklif edir və bu istiqamətdə mühüm addımlar atırdı. Həmin vaxt İngiltərədəki Uorvik Universitetinin İqtisadiyyat üzrə fəxri professoru Mark Harrison isə bunun mümkün olmayacağını bildirirdi. Professorun fikrincə, Rusiyanın sovet dövlətinə çevrilməsi üçün rusların real gəlirləri üçdə bir qədər azalmalıdır. Bunu reallaşdırmaq isə imkan xaricindədir. Zaman doğrudan da Mark Harrisonun haqlı olduğunu göstərdi. Rusiya 3 ildən artıqdır ki, Avropanın güclü dövlətlərinin sanksiyaları altındadır. Amma hələ də Rusiya iqtisadiyyatını böhran həddində zəiflətmək mümkün olmayıb. Bunun başlıca səbəbi Çin, Hindistan və bəzi Avropa ölkələrinin Rusiya ilə iqtisadi əməkdaşlıqlarını sonlandırmaması, nəticədə Putin administrasiyasının Avropada itirdiklərini bu ölkələrlə əlaqələrini genişləndirərək bərpa etməsidir. ABŞ və bəzi Avropa ölkələrinin daha yaxşı alternativlər təklif etmədən onları bu yoldan uzaqlaşdırması da mümkün görünmür”.

Ekspert hesab edir ki, məhz bu səbəbdən də Ukraynanın qalib gəlməsini arzulayan Qərb ölkələri tamamilə fərqli siyasət xətti tutmalı, bunun üçün hərbi kartları işə salmalıdır: “Bu istiqamətdə atılacaq iki addım var: ya Qərb dövlətləri Ukraynada Rusiya ilə üz-üzə gəlməyi gözə almalı, ya da Rusiya ilə bəzi anlaşmalar çərçivəsində onu yola gətirməlidir. Görünən budur ki, ABŞ ikinci yolu seçib və bunun üçün Zelenskidən ciddi güzəştlər tələb edir. ABŞ prezidenti Keyt Kelloqun məsələ ilə bağlı son açıqlamaları da, məncə, Rusiyanın iddialarını təmin etməklə vəziyyəti sabitləşdirmək niyyətindən doğur. Kelloq son açıqlamasında bunları deyib: ”Ukraynanın NATO-ya daxil olması gündəmdə deyil", O, həmçinin bildirib ki, “Rusiyanın NATO-nun şərqə doğru genişlənməsi ilə bağlı narahatlığı haqlıdır və müharibənin dayandırılması üçün belə bir şərt irəli sürərsə, ABŞ Putinlə Alyansın bu istiqamətdə genişlənməməsi tələblərini müzakirə etməyə hazırdır”".

H.Oğuzun fikrincə, Putin bu təkliflə razılaşmasa, NATO-nun Rusiya ilə Ukrayna ərazisində üz-üzə gəlməsindən başqa çarəsi qalmayacaq: “Bu isə istər-istəməz 3-cü Dünya müharibəsi və nüvə silahlarının istifadəsi ehtimalını da ağla gətirir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 31 May 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see350

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see252

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see233

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see229

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see213

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see212

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see210

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see199

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see182

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see181

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see178

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see175

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see175

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see175

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see172

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see167

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see167

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see165

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see164

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri