Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Tramp Putinə qarşı mövqeyini dəyişdi: Rusiya Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur?

Tramp Putinə qarşı mövqeyini dəyişdi: Rusiya Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyur?

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularından biri Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməsi fonunda ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə bağlı verdiyi gözlənilməz açıqlamaları olub. Hətta Trampın Rusiyanı "kiçik sürprizlər"in gözlədiyini bildirməsi və Putinə qarşı müəyyən narazılığını açıq şəkildə ifadə etməsi beynəlxalq ictimaiyyətin diqqətini çəkib. Trampın bu çıxışı, onun əvvəlki illərdə Rusiya liderinə daha yumşaq yanaşması ilə ziddiyyət təşkil edir və bu dəyişiklik ABŞ siyasətində mümkün dönüş nöqtəsi kimi qiymətləndirilir.

Bu şəraitdə sual yaranır: Trampın sərt bəyanatları real siyasət dəyişikliklərinin xəbərçisidirmi, yoxsa bu, sadəcə ritorikadır? Eyni zamanda, Rusiyanı gözləyən "sürprizlər" konkret hansı addımları əhatə edə və bu, ABŞ-Rusiya münasibətlərinin gələcəyinə hansı təsiri göstərə bilər?

Mövzunu Oxu.Az-a dəyərləndirən politoloq Rəşad Bayramov bildirib ki, Tramp tədricən də olsa, Putindən danışıqlar yolu ilə nəyəsə nail olmağın mümkünsüzlüyünü artıq dərk edir və kifayət qədər yaxşı görür ki, Rusiya ilə aparılan müzakirələr sadəcə Moskvaya vaxt qazandırır:

"Tramp artıq onu da başa düşür ki, birtərəfli, həm də davamlı şəkildə Ukraynaya təzyiq göstərməklə, yəni gah Kiyevə dəstəyin dayandırılması ilə bağlı qərar verməklə, gah digər addımlar atmaqla nəyəsə nail olmaq mümkün deyil. Əksinə, ABŞ-nin bu davranışı Rusiyanı daha da iştahlandırır və həm yeni ərazilərin işğal olunması, həm də danışıqlar masasında bu və ya digər şəkildə nəyəsə güzəştə getmək niyyətində olmamasını daha da aşkar biruzə verir. Məlumdur ki, hələ bir ay bundan qabaq ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi müzakirə olunmuşdu. Amma administrasiya həmin qərarın qəbulu edilməsinə imkan vermədi. İndi isə, xüsusən də son telefon danışığının ardınca Tramp artıq başqa yolun olmadığını dərk edib. Bu baxımdan, hansısa formada Rusiyaya təzyiqləri mütləq şəkildə təmin etmək istəyir".

Ekspert buna səbəb kimi, ABŞ-nin bu davranışının təkcə Avropa İttifaqı-ABŞ və yaxud da Ukrayna-ABŞ münasibətlərinə gətirilən soyuqluq yox, eyni zamanda, Aİ-nin daxilində olan, lakin Vaşinqtonun maraqlarından çıxış edən müxtəlif dövlətlərin mənfi reaksiyasına gətirib çıxarması ilə əlaqələndirib:

"Çünki ümidlərini rəsmi Vaşinqtona bağlayan həmin ölkələr kifayət qədər yaxşı bilirlər ki, Ukraynanın bu şəkildə tək qoyulması, gələcəkdə onların da təhlükəsizliyi ilə bağlı məsələlərdə Ağ Evin geri çəkilməsi ilə nəticələnə bilər. Ona görə də bütün bunları nəzərə alaraq, Tramp bir tərəfdən Ukraynaya dayandırılan köməyin davam etdirilməsi ilə bağlı müvafiq qərar qəbul edir, hərçənd ki, bu, hələ Kiyevə lazım olan dəstəyin verilməsi demək də deyil. Çünki bu dəstək ancaq özünümüdafiə imkanları baxımından veriləcək və müvafiq sanksiyaların qəbulu ilə müşayiət olunacaq".

"Düşünürəm ki, Tramp Administrasiyası nəhayət ki, bu istiqamətdə addımların atılmasının vacibliyini dərk edərək müvafiq qərarlar qəbul edəcək. Əks halda, nə Rusiyanı dayandırmaq, nə də danışıqlar masasına oturdub güzəştlərə məcbur etmək faktiki olaraq mümkünsüzdür. Tramp da həqiqətən müharibənin dayandırılmasını istəyirsə və eyni zamanda, Ukrayna ilə bağlanmış sazişə müvafiq olaraq mineral ehtiyatların istismarı və nəticə etibarilə, qazanc götürmək niyyətindədirsə, hansısa formada müharibənin dayandırılmasını təmin etməlidir. Bunun da ən uyğun yolu Rusiyaya təzyiqdən, Ukraynaya dəstəkdən keçir", - deyə politoloq əlavə edib.

Mərahim Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 İyul 2025 18:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see173

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see161

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see159

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see136

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri