Icma.az
close
up
RU
TRAMP PUTİNİ XİLAS EDƏ BİLƏCƏKMİ? Rusiya uzunmüddətli və üzücü müharibəyə sürüklənir

TRAMP PUTİNİ XİLAS EDƏ BİLƏCƏKMİ? Rusiya uzunmüddətli və üzücü müharibəyə sürüklənir

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Dünyanın aparıcı siyasi ekspertləri beynəlxalq arenada baş verən siyasi təlatümlərin səbəbini qlobal iqtisadiyyatın dərin böhrana qərq olmasıyla bağlayırlar. Onların fikrincə, mövcud qlobal güc mərkəzləri yaranmış mürəkkəb vəziyyətdən birlikdə çıxmaq əvəzinə, daha çox ayrı-ayrılıqda hərəkət etməyə üstünlük verirlər. Belə görünür ki, yeni dünya nizamı yaranmayacağı təqdirdə, bu böhran daha da uzanacaq.

Planetin ən qüdrətli dövləti olan ABŞ bu çətinliklərdən qurtulmaq üçün planının nədən ibarət olduğunu konkretləşdirməsə də, hər halda onun konturları görünür. Belə görünür ki, ABŞ özü dünyanın aparıcı gücü olmaq şərtilə qlobal arenanın bir neçə regional güc mərkəzinə bölünməsinə razıdır. Belə bir sistemdə ABŞ yenidən dominantlıq etmək niyyətini gizlətmir və deyir ki, yeni bölgüdə Qərb yarımkürəsi bütövlükdə Vaşinqtonun nəzarətinə keçməli, Avrasiya və Afrikada ABŞ-nin maraqları nəzərə alınmalıdır. ABŞ Dövlət Departmentinin rəhbəri Marko Rubionun Münhen Təhlükəsizlik Konfransındakı çıxışının ”tərcüməsi” də məhz bunu deyir.

Rubionun Münhendəki nitqindən belə anlaşılır ki, o, Vaşinqtonun ön planda dayanması şərtilə Avropaya ABŞ ilə yeni formatda əməkdaşlıq təkilf edir. Rubio Avropa ilə əməkdaşlığın ABŞ üçün mühüm olduğunu vurğulayaraq bildirib ki, “biz həmişə Avropanın övladı olacağıq”. Amma bununla yanaşı, Rubio Avropanın kütləvi miqrant qəbulu siyasətini də bərk tənqid edib. O deyib ki, Qərb sivilizasiyası öz inkişafından düzgün istifadə etməyib və bu zəfərin eyforiyasına qapılmaqla təhlükəli yanılmaya sürüklənib. Rubio BMT daxil olmaqla beynəlxalq institutlarda islahatların vacibliyinə toxunub və deyib ki, BMT-nin böyük potensialına baxmayaraq, bu təşkilat Ukrayna və Qəzzadakı münaqişələri həll edə bilməyib.

Rubionun niyyətindən fərqli olaraq, Avropa liderləri ABŞ-nin şərtləri altında tərəfdaşlığa müsbət yanaşmadıqlarını dolayı yolla ifadə ediblər. Avropalılar ABŞ-ni Rusiya ilə yumşaq davranmaqda ittiham edirlər. Ümumiyyətlə isə Avropada təhlükəsizlik baxımından müəyyən tərpənişlərə rast gəlinir. Belə ki, Fransa Prezidenti Emmanuel Makron Avropanın müstəqil ordusunun yaradılması məsələsini bir daha dilə gətirib və deyib ki, bu, mütləq olmalıdır. Digər yandan o, Münhen Təhlükəsizlik Konfransında Avropanın nüvə çətirinin formalaşdırılmasına toxunub.


Almaniya kansleri Merz də ölkəsinin güclü orduya yiyələnməsinə çalışır və o, Rusiya ilə danışıqlar aparılmasını mənasız iş sayır. Merz bu barədə deyib: ”Mənim fikrimcə, bu müharibə yalnız Rusiya iqtisadi, siyasi və hərbi baxımdan tükəndiyi zaman başa çatacaq".

Öz növbəsində Polşa da yeni reallıqlara hazır olmaq qərarına gəlib. Polyaklar hətta silahlanmanın ən zirvə nöqtəsi - nüvə silahı əldə etmək barədə düşünürlər. Polşa Prezidenti Karol Navorotski deyib ki, o, Polşanın nüvə layihəsinə qoşulmasının böyük tərəfdarıdır və bununla əlaqədar beynəlxalq normalara uyğun işə başlayacaqlar. 

Navorotski əlavə edib: "Biz silahlı münaqişənin birbaşa sərhədində yerləşən dövlətik. Təcavüzkar, imperialist Rusiya Federasiyasının Polşaya münasibəti hamıya məlumdur".

Yeri gəlmişkən, onu demək lazımdır ki, ABŞ, Çin və Avropa kimi mərkəzlərdən fərqli olaraq, gələcəyi ən qaranlıq görünən tərəf Rusiyadır. Çünki bu ölkənin bundan sonra müstəqil subyekt kimi mövcud olacağı şübhə altındadır və onun müqəddəratı Çin və ABŞ-nin qərarlarından asılıdır. Bütün bunlar azmış kimi, üstəlik Rusiya Ukraynada müharibə aparır və öz potensial resursunu tükəndirməklə məşğuldur.

Rusiya müharibəyə başlayanda, istər Putin, istərsə də onun generalları Ukraynaya bir neçə gün ərzində çox asanlıqla qalib qələcəklərinə inanırdılar. İşğalın ilk günlərində Rusiya telekanllarında bayram əhval-ruhiyyəsi, şadyanalıq hökm sürürdü. Rusiya əhalisinə deyilsəydi ki, müharibə hətta bir il çəkəcək, hamı bunu böyük təəccüblə qarşılayardı və bu ssenarini kimsə heç ağlına da gətirməzdi. Çünki müharibədən öncə beynəlxalq və Rusiya KİV-lərində Rusiya ordusunun gücü barəsində o qədər təriflər səsləndirilmişdi ki, çoxları Ukraynanın müqavimətinin əbəs bir iş olacağını düşünürdü. Lakin təbliğat vasitəsilə yenilməzlik və qüdrət obrazı yaradılmış Rusiya ordusu hazırda ciddi müqavimət qarşısında çarəsiz durumlara düşüb.

Hətta NATO-nun Baş katibi Mark Rutte Kremlə xəbərdarlıq edib ki, müharibənin uzanması Rusiyanı məhvə aparır. Ruttenin sözlərinə istehza ilə yanaşan ruslar isə ”Rusiyanı məhv etmək mümkün deyil” kimi sərsəm uydurmaların təsirindən qurtulanda artıq hər şey gec olacaq...

Rusiyanın acınacaqlı vəziyyəti barədə faktlarla tanış olduqda real mənzərə daha aydın görünür. ABŞ-də yerləşən “Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi”nin (Center for Strategic and International Studies) 2025-ci il hesabatında Rusiya ordusunun itkisinin 1,198 milyon nəfər olduğu qeyd edilir. Həmin mərkəzin hesabatında yazılır ki, Rusiya ordusu ən çox itkini 2025-ci ildə verib və indi hər ay bu göstərici təxminən 35 min nəfərə çatır. Müharibənin xarakterini və Rusiyanın itkilərinin yüksələn tempini nəzərə alsaq, deyə bilərik ki, müharibənin davam etdirilməsi bu ölkənin canlı resursunu əridəcək və nəticədə Kreml səfərbərliyə getməyə məcbur qalacaq.

Daha bir maraqlı məqam ondan ibarətdir ki, əgər Rusiya ordusu verdiyi itkilərin müqabilində cəbhə xətti boyunca nəzərəçarpacaq irəliləyiş əldə etsəydi, müəyyən mənada bunu anlamaq olardı. Ancaq reallıqda hər şey tam əksinədir. CSIS-nin hesablamasına görə Rusiya 24 fevral 2022-ci ildən başlamaq şərtilə indiyədək ortalama ay ərzində 1,5 kilometr irəliləyib. 2025-ci ildə isə bu irəliləyiş bir neçə yüz metri də keçmir.

Son məlumatlara görə, döyüş xəttində rusların durumu getdikcə pisləşir. ABŞ Müharibə Araşıdrmaları İnstitutunun (Institute for of the Study of War) məlumatına görə, “Starlink”in ruslar üçün söndürülməsindən sonra Ukrayna Silahlı Qüvvələri Zaporojye platsdarmında müdafiə xəttini yararaq, Rusiya ordusundan 201 kvadrat kilometr ərazini geri alıb.

Sözsüz ki, istənilən müharibə mütləq xeyli resurs tələb edir, iqtisadiyyatın mülki sektoruna zərbələr vurur. İndi müharibə Rusiya iqtisadiyyatını içəridən gəmirməyə başlayıb. Rusiyanın rəsmi statistika orqanı olan Rosstatın məlumatına görə, 2025-ci ilin son 11 ayı ərzində Rusiya şirkətlərinin toplam zərəri 7,5 trilyon rubl olub.

Bəs mövcud vəziyyətin necə olduğunu yaxşı bilən Tramp doğrudanmı Rusiyanı müharibənin cəngindən xilas etməyə çalışır, yoxsa, özünü sülhpərvər kimi göstərir? Üzdə görünən odur ki, ABŞ və Rusiya arasında gedən çoxsaylı danışıqlardan sonra Tramp Ukrayna ordusunun Donbasdan çıxmasını və yalnız bundan sonra müharibənin dayandırılmasına zəmanət verəcəyini deyir. Lakin Zelenski bunu qətiyyən qəbul etməyəcəklərini bildirib. Sülh əldə etmək üçün ən yaxşı variant əvvəlcə qoşunların təmas xətti boyunca döyüşləri dayandırması, bundan sonra həmin zonaya digər ölkələrdən sülhyaradıcı qüvvələrin yeridilməsi olardı. Hətta belə olan halda da Ukrayna Rusiyanın əlindəki torpaqları öz ərazisi hesab edəcək. Rusiya ordusunun dörd ildir ala bilmədiyi əraziləri güzəştə getmək isə Zelenski və Ukrayna xalqı üçün qətiyyən qəbuledilməzdir.

Müharibənin uzanmasını görən Kreml təbliğatçıları son dövrlər 1700-1721-ci illər arasında sürmüş Şimal müharibəsi barəsində danışırlar. Ruslar Şimal müharibəsini (apardıqları bütün müharibələr kimi) təhrif edirlər və elə təsəvvür yaradırlar ki, guya bu müharibədə onlar İsveçə təkbaşına qalib gəliblər...

Bir tərəfdən danışıqlar formatı bir-birini əvəz edir, digər tərəfdən isə müharibə durmadan daha amansız şəkil alır. Belə vəziyyət illərlə uzana bilər. Bu de belə bir təəssürat yaradır ki, sanki Rusiyanı məhz uzunmüddətli müharibəyə sürükləyirlər. Ancaq Şimal müharibəsindən fərqli olaraq, bu dəfə Rusiyanın real müttəfiqləri yoxdur. Çünki bu dəfə qlobal meydandakı nəhənglər Rusiyanı güc mərkəzi olaraq görmək istəmirlər.

Vaqif Nəsibov

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 18 Fevral 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri