Icma.az
close
up
RU
“TRAMP PUTİNİN SIRIMAQ İSTƏDİYİ ŞƏRTLƏRİ QƏBUL ETMƏYƏCƏK” “Ukraynaya bir neçə yüz milyard dollarlıq silah verməyə məcbur olacaqlar” AzPolitika onlayn siyasiictimai qəzet

“TRAMP PUTİNİN SIRIMAQ İSTƏDİYİ ŞƏRTLƏRİ QƏBUL ETMƏYƏCƏK” “Ukraynaya bir neçə yüz milyard dollarlıq silah verməyə məcbur olacaqlar” AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Əgər dünyada gedən proseslərə geostrateji mübarizə kontekstindən yanaşsaq, üzümüzə gələn 2025-ci ilin Ukrayna üçün asan olmayacağı görünür. Donald Trampın yeni prezidentlik dövründə ukraynalılar “Rubikonu keçmək” kimi çətin vəziyyətlə qarşılaşacaqlar...

“AzPolitika” xəbər verir ki, tanınmış ukraynalı siyasi texnoloq Taras Zaqarodnı Ukraynanın “Qlavred.com” saytına verdiyi müsahibədə 2025-ci ildə Ukraynanı nələrin gözlədiyi, seçki mövzusu və sülhün əldə edilməsi perspektivləri barədə danışıb.

Həmin müsahibəni təqdim edirik:

- 2025-ci ildə hansı dəyişiklikləri gözləməliyik? Yəqin ki, seçki məsələsi də çoxlarını maraqlandırır. Çünki bununla bağlı fəallaşmanın başlandığını görürük. Gələn il bunun baş tutmasına nə dərəcədə inanmaq olar?

- Son üç il ərzində ətrafda mütəmadi olaraq “seçkilər altı aydan sonra olacaq” söyləyənlər, siyahılar toplayaraq fəallıq göstərən hansısa şübhəli şəxslər dolaşır. Sonradan bütün bunların hamısı ortadan yox olur. Düşünürəm ki, indi də vəziyyət buna bənzər olacaq.

Hətta əgər nəzəri cəhətdən müharibənin 2025-ci ildə bitəcəyini fərz etsək, ən nikbin ssenariyə görə, bunun 2025-ci ilin sonunda və ya 2026-cı ilin yazında baş verməsi mümkündür. Bu, yalnız müharibənin necə və hansı formada bitəcəyi aydın olandan sonra reallaşa bilər. Ona görə də yaxın vaxtlarda seçki keçiriləcəyinə inanmıram. Seçki üçün lazımı prosedurlar müəyyənləşməli, seçki kampaniyasının keçirilməsi üçün ən azından üç ay vaxt və həmçinin, çoxsaylı digər resurslar lazımdır.

- Müharibənin gələn il bitməsi ssenarisi mümkündürmü? Bunun üçün ilkin siyasi şərtlər varmı?

- Hər şey çoxsaylı faktorlardan asılıdır. Onlardan ən başlıcası Putinin nəyisə dayandırmağa hazırlaşıb-hazırlaşmamasıdır. O, özünü aqressiv aparmaqda davam edir. Amerikalılar bəyan edirlər ki, vəziyyət yaxın bir neçə ayda dəyişə bilər. Əlbəttə, nikbinlik var, lakin son hadisələrdən çıxan nəticələrə görə amerikalılar “Pompeo planı” üzrə getməyə, Ukraynaya bir neçə yüz milyard dollarlıq silah verməyə məcbur olacaqlar. Həmçinin, Rusiya Federasiyasına vurulan zərbələrə qoyulan bütün məhdudiyyətlər götürüləcək.

Digər yandan, Rusiya iqtisadiyyatına təzyiq edilməsi faktoru da işləyəcək. Xüsusilə neft məsələsində. Bu təzyiqlər həmçinin, Çinə də yönəlib. Yeri gəlmişkən, Tramp bu yaxınlarda Panama və Qrenlandiya barəsində bəyanat səsləndirdi. Bu bəyanatlar Çinə siqnal kimi baxılmalıdır. Çünki Panamadakı limanlar 10 ildən artıqdır ki, Çinin nəzarəti altındadır. O ki qaldı Qrenlandiyaya, burada söhbət Arktikanın strateji əhəmiyyətindən gedir. Gələcəkdə yeni dəniz marşrutları yaranacaq və şimal dəniz yolu uğrunda böyük mübarizə gözlənilir. Maraqlıdır ki, Çin də bu prosesdə iştirak etmək niyyətindədir. Hələ üstəlik, Çin özünü “Arktikayanı ölkə” adlandırıb ki, bu da tamamilə absurddur.

Ona görə də bütün bu faktorların hamısı kompleks şəkildə işləyir və 2025-ci ilin sonunda bunlara aydınlıq gələcək. Amma çox şey həm də Putinin hakimiyyətdə qalmasından asılıdır. Amerikalılar artıq Rusiya elitasına bununla əlaqədar eyhamlar vururlar. Məsələn, Kit Kelloqun məqaləsində təmas xəttinin ayrılması ilə bağlı maraqlı nüans var. Orada xatırladılır ki, Rusiya Ukraynanın bərpasının xərclərini ödəməlidir. Yəni, Putinin hakimiyyətdən getməsindən sonra zəbt olunmuş ərazilərin qaytarılması məsələsinə baxılacaq. Bu, Rusiya elitasına birbaşa mesajdır və izah olunur ki, bu psixi rədd edin, çünki biz onsuz da sizi ödəməyə məcbur edəcəyik.

Hər şey Trampın atacağı ilk addımdan aydın olacaq. Tramp heç vaxt Putinin sırımaq istədiyi şərtləri qəbul etməyəcək. Tramp uğursuz adam kimi yox, sülhyaradıcı kimi görünmək istəyir. Əgər Tramp Putinə hər hansı güzəştə gedərsə, ABŞ-dəki demokratlar ona çox güclü təzyiq etməyə başlayacaqlar. Amma mən Trampın Kremlin xeyrinə oynayacağına inanmıram.

Ukrayna isə hazırda Rusiyanın enerji infrastrukturuna sistemli şəkildə zərbələr vurur. Hücumlar hətta Kazan kimi şəhərlərə qədər uzanır və bu da Ukrayna ordusunun artan imkanlarından xəbər verir. General Kirillovun Moskvada məhv edilməsi Ukraynanın gücünə bir nümunədir.

Amerikalılar yəqin ki, sual verəcəklər: Rusiya öz daxili sərhədlərindəki vəziyyətə necə nəzarət edir? Moskvanın mərkəzində generalın öldürülməsi hadisəsi nəzarətin zəifləməsindən xəbər verir. Zaman faktoru hər halda, Ukraynanın lehinədir. Amma Trampın siyasətindən çox şey asılıdır. Ehtimal ki, o, Rusiyanın müttəfiqlərinə və həmçinin də enerji bazarlarına təzyiq edəcək.

- Siz Demokratlar Partiyasını və ABŞ-nin daxili vəziyyəti barədə fikir bildirdiniz. Bu, Trampın bəyanatları ilə necə uyğunlaşdırılır? Ümumiyyətlə, onlara ciddi yanaşmaq lazımdırmı?

- Mənə görə Trampın dəqiq planı yoxdur, bu plan yalnız təzəcə formalaşmağa başlayır. Mayk Taysonun belə biz sözü var: ”Sifətinə zərbə dəyməyincə istənilən plan işləyir”. Burada da həmin şeydir. İndi Rusiya ilə heç kim birbaşa danışıqlara girmir. ABŞ gəlib bu “klinikaya” baxacaq və görsələr ki, onlara “başımızdan əkilin” siqnalı göndərilir, onda Rusiyanın hərəkətlərinə qarşı tamamilə başqa cür reaksiya veriləcək.

Trampın bəyanatından belə anlaşılır ki, Putin üçün görüş daha vacibdir, nəinki Tramp üçün. Tramp dialoqda maraqlıdır, amma o, tələsmir. O, zamanın Kremlin əleyhinə işlədiyini göstərmək istəyir. Tramp Putinə deyir ki, görüşə gəl. Ancaq məsələ ondadır ki, haraya? Monqolustana? Hətta əgər Putin görüş yerini təklif etsə, bu onun güzəştə getməyə hazır olmasını göstərəcək. Trampın bu məsələdə öz gücünü nümayiş etdirməsi istisna deyil.

İqtisadiyyata gəldikdə isə, Tramp ABŞ-nin iqlim müqaviləsindən çıxmasına və təbii resursların ixracını artırmağa meyillidir. Bu, Rusiyaya güclü təzyiq yaradacaq. Axı onun iqtisadiyyatı enerjidaşıyıcılarından çox asılıdır. Əgər neftin bir barrelinin qiyməti 40 dollara düşərsə, bu, Rusiya iqtisadiyyatı üçün klinik ölüm olacaq. Çünki belə qiymətlərlə ruslar nəinki döyüşə biləcək, hətta Rusiyanın daxili sabitliyini saxlamaqda çətinlik çəkəcəklər.

- Gələn il bu cür şərtlər daxilində danışıqların başlanması ehtimalı varmı?

- Rusiaylılar öz tələlərinə düşüblər. Onlar Ukrayna hakimiyyətini qeyri-legitim sayırlar, Putin Zelenskini seçkilərə getməyə çağırır. Bəs onlar kiminlə danışmaq istəyirlər?! Putin istəyir ki, Ukrayna Zaporojye, Xerson və Donetsk vilayətlərini götürsün. Amma onlar Ukrayna ordusunu məhv edə bilməyiblər. Bəli, Ukrayna Silahlı Qüvvələri geriyə çəkilib, lakin məhv edilməyib. İndi Ukrayna ordusu Rusiya ərazisinə hər gün zərbə vurur, hərçənd ki, keçən il bunu heç ağıllarına belə gətirmirdilər. Ukrayna Trampın andiçmə mərasimi üçün Rusiya Federasiyasına nəsə “maraqlı bir şey” hazırlaya bilər. Bunun Dnestryanı və Bryansk vilayətində baş verməsi istisna deyil.

Bu müddət ərzində Putin yeni-yeni şərtlər irəli sürəcək, ona görə də bir daha təkrar edirəm ki, onların nə arzulamasından asılı olmayaraq, ABŞ Ukraynanın güclənməsi üçün böyük ehtimalla “Pompeo planı”na qayıdacaq.

- Bəs Moskvaya zərbələr endirilsə, bu, Putini sözəbaxan edərmi?

- Sözəbaxımlılıq olmayacaq. O, əmindir ki, Rusiyada hər şey yaxşı gedir... Biz enerji kəsintisinə yol açacaq zərbələr vurmalıyıq. Məhz bu cür addımlar Rusiyadakı sabitliyi laxlatmağa və vətəndaş müharibəsinə yol açılmasına imkan yarada bilər. Hətta Kadırovun hədəf alınmasında da onun Kremlə qarşı mübarizəyə təhrik edilməsi məqsədi güdülür.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Dekabr 2024 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri