Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp qiymətli metallar müqabilində Ukraynaya kömək edəcək

Tramp qiymətli metallar müqabilində Ukraynaya kömək edəcək

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Rusiya Federasiyası ilə müharibə kontekstində ABŞ-ın gələcək yardımı müqabilində Ukraynadan qiymətli metallar almaqda maraqlı olduğunu bildirib.

Bizimyol.info "AP News"a istinadən xəbər verir ki, Ağ Ev rəhbəri qeyd edib ki, Ukrayna yüksək texnologiyalı sənayelərdə Amerikanın maraqlarının təmin edilməsində əsas rol oynaya biləcək qiymətli təbii ehtiyatlara malikdir.

Tramp artıq ABŞ-ın Ukraynaya avropalı müttəfiqlərindən daha çox hərbi və iqtisadi yardım göstərdiyini vurğulayıb və ABŞ-ın Ukraynanın qiymətli metallarına çıxışını təmin edəcək saziş bağlamaq niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, belə bir razılaşma Amerikanın Rusiyaya qarşı müharibədə Ukraynaya dəstəyinin davam etdirilməsi üçün mühüm şərt ola bilər.

"Hazırda biz Ukrayna ilə danışıqlar aparırıq, bizə zəmanət və onların qiymətli metallarına çıxışı təmin edəcək sazişlərin şərtlərini müzakirə edirik", - deyə Tramp bildirib.

Qiymətli metallarının Ukrayna üçün strateji əhəmiyyəti mövzusunu daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenski qaldırmışdı. Keçən ilin payızında “qələbə planı”nın təqdimatı zamanı Zelenski vurğulamışdı ki, Ukrayna təbii ehtiyatlara, o cümlədən uran, titan, litium, qrafit və digər metallara sahibdir və bu sərvətlərin trilyonlarla ABŞ dolları dəyərində dəyəri var. Bu resurslar, Ukrayna prezidentinin fikrincə, qlobal rəqabət üçün böyük əhəmiyyət kəsb edir və dünya səhnəsində qüvvələr balansına təsir edə bilər.

Zelenski ABŞ və onun avropalı müttəfiqlərinə bu ehtiyatların qorunması və birgə istifadəsi, habelə Ukraynada nadir torpaq metallarının hasilatı və emalına sərmayələrin cəlb edilməsi haqqında saziş bağlamağı təklif edib. Ukrayna prezidenti hesab edir ki, belə bir razılaşma Rusiyaya iqtisadi təzyiqi artırmağa imkan verəcək və Rusiya Federasiyasına qarşı mövcud sanksiyaları, o cümlədən ixraca və neft qiymətlərinə məhdudiyyətləri tamamlayacaq.

Həqiqətən də, Ukrayna nadir torpaq metallarının, o cümlədən litium, qrafit, titan və uran ehtiyatlarına malikdir. Xüsusilə, Ukrayna uran və titan filizlərinin ehtiyatlarına görə Avropada lider mövqe tutur, eyni zamanda qrafit ehtiyatlarına görə ilk 5 ölkə sırasındadır. Ukraynada litium hasilatı hələ müzakirə mərhələsində olsa da, uran və titan kimi digər metallar artıq aktiv şəkildə inkişaf etdirilir. Bu ehtiyatlardan səmərəli istifadə etmək üçün Ukrayna geoloji tədqiqatları və yeni yataqların işlənməsini davam etdirməli olacaq.

Qeyd edək ki, qiymətli metallar elektronika, tibb, yaşıl enerji və optika kimi yüksək texnologiyalı sənayelərdə əsas rol oynayır. Bu metallar smartfonların, kompüterlərin, tibbi avadanlıqların istehsalı və yüngül ərintilərin yaradılması üçün zəruridir ki, bu da onları qlobal texnoloji rəqabət şəraitində strateji resurslara çevirir.

Yeri gəlmişkən, prezident Trampın Ukraynaya faydalı qazıntılar müqabilində kömək təklifi Almaniya kansleri Olaf Şolz tərəfindən tənqid edilib. Onun sözlərinə görə, müharibə gedən bir vaxtda Ukraynanın resurslarından müdafiəsini maliyyələşdirmək üçün istifadə etmək “çox eqoist və çox eqosentrik” olardı.

“Söhbət Ukraynanın bərpasını maliyyələşdirə bilməsindən gedir. Böyük dağıntıları nəzərə alaraq əsas vəzifə budur. Ona görə də Ukraynanın resursları müharibədən sonra lazım olan hər şeyi maliyyələşdirmək üçün istifadə edilməlidir”, – deyə "n-tv kanalı Almaniya kanslerinə istinadən məlumat verib.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 04 Fevral 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see348

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see329

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see309

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see303

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see301

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see292

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see284

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see270

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see268

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see254

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see249

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see244

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see239

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see231

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see227

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see224

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see224

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see219

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see214

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri