Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp radikal və korrupsioner quruluşu hədəfə aldı...

Tramp radikal və korrupsioner quruluşu hədəfə aldı...

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni Prezident köhnə administrasiyanı ifşa etdi

Yeganə Hacıyeva: ABŞ-dakı bürokratik ekstremizmdən sadəcə, ABŞ özü deyil, həm də başqa ölkələr əziyyət çəkir

Yanvarın 20-də ABŞ-ın 47-ci Prezidenti Donald Tramp andiçmə mərasimində bir sıra məsələlərə toxunmaqla yanaşı, əvvəlki administrasiyanın - Bayden komandasının fəaliyyətini ifşa etdi. Yeni Prezident əvvəlki komandanın ölkədə formalaşdırdığı radikal və korrupsioner quruluşu pisləyərək hökumətin etimad böhranı ilə üzləşdiyini bildirib. Tramp Bayden hökumətinin dövlətin əsas təsisatlarına etinasızlıq göstərərək vətəndaşlardan güc və sərvət qoparmaqda ittiham edib. Bildirib ki, illərdir cəmiyyətimizin sütunları sınıb və yaranan tamamilə bərbad vəziyyətdə radikal və korrupsioner quruluş vətəndaşlarımızdan hakimiyyət və sərvət qoparıb.  O, hökumətin daxili məsələləri idarə edə bilməməsi və xaricdəki bir sıra uğursuzluqları kimi qəbul etdiyi məsələlərə diqqət çəkib.

Bəli, göründüyü kimi, ABŞ-ın yeni Prezidenti açıq dillə ölkədəki vəziyyətin ağır olduğunu bildirir. Ümumiyyətlə, son dövrlərdə ABŞ daxilində cərəyan edən proseslər siyasi mütəxəssislər tərəfindən birmənalı qarşılanmır - ekstremizmin yeni hallarının daha da inkişaf etməsi bu ölkədə həm daxili qarşıdurmanı gücləndirir, həm də Vaşinqtonun xarici siyasət kursuna təsir edir. Nəzərə alsaq ki, prosesdə korrupsiya elementləri də açıq şəkildə özünü göstərməkdədir, bu, Trampın da ifadə etdiyi kimi ABŞ siyasi elitasının çöküşünü rəsmiləşdirən fakta çevrilir. Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, ABŞ-da daxili siyasi vəziyyət düşünüldüyü qədər sabit zəmində deyil. Belə ki, ABŞ dünyada ekstremizmin yeni formalarının tüğyan etdyi ölkələrdən biri, bəlkə də birincilərdəndir: “Bu məsələ ilə bağlı hələ bir neçə il öncə mühüm araşdırmalar aparmışam və həmin araşdırmada yeni ekstremizmin ABŞ-a təsirləri ilə bağlı ciddi göstəricilər yer alır. Qeyd edim ki, ekstremizm ən yeni tarixdə sima dəyişib. Dünya isə daha çox köhnə və ya ənənəvi ekstremizmlə mübarizəyə kökləndiyi üçün bu yeni hallar bəzən diqqətdən yayınır. Başqa sözlə, bütün dünyada ənənəvi ekstremizin fonunda daxili ekstremizm o qədər də nəzərə çarpmır. Bu gün üçün isə dünyada aktual olan ekstremizmin yeni formaları haqda danışarkən birinci növbədə, ABŞ-ın yeni prezidenti Donald Trampın inauqurasiya mərasimindən sonra xalqa müraciətində ifadə etdiyi “bürokratiya ekstremizmi”nə toxunmaq lazımdır. Ümumiyyətlə, yeni ekstremizmin bir çox formaları mövcuddur ki, onlar ənənəvi ekstremizmdən daha dağıdıcı və ya təsirli sayılır. Məsələn, ABŞ cəmiyyətində də dəfələrlə açıq şəkildə biruzə verilən və fikir ayrılığı üzərindən doğan ekstremizm bu ölkədə bir çox hallarda ciddi riskləri aydın şəkildə təsvir edir. Bu formanın ən dəhşətli tərəflərindən biri də budur ki, həm də silahlı ekstremizmdir. Bunun bariz nümunəsi kimi 2021-ci ilin yanvar ayında baş verən hadisələri göstərmək olar - bütün ölkə boyu bir milyon etirazçı insanların bir qismi həm də əli silahlı olan insanlar idilər. Bunun ayrı-ayrılıqda komponentlərinə nəzər saldıqda, isə ştatlar üzərindən ektremist qrupların mövcud olduğunu görmək olar. Həmin ekstremist qruplar mövsimi olaraq müxtəlif dairələrə xidmət edən hərbi qruplardır. Bəzi ştatlarda Birləşmiş Ştatların regional adminsitrasiyaları bu silahlı qruplarla hesablaşır, onların gücünü qəbul edir və s. Bəzi hallarda isə ştat rəhbərləri məcburi şəkildə onlarla razılaşır, hesablaşır. Bu deyərdim ki, dünyada olan silahlı separatizm ekstremizmindən belə daha təhlükəlidir”.

Politoloq qeyd edib ki, ABŞ üçün xarakterik olan bir digər yeni ekstremizm forması “bürokratik ekstremizm”dir. “ABŞ-dakı bürokratik ekstremizmdən isə sadəcə ABŞ özü deyil, həm də başqa ölkələr əziyyət çəkir. Baydenin hakimiyyəti dövründə biz bunu aktiv şəkildə müşahidə etdik. Bürokratik ekstremizm olmayan proseslər, psevdoreallıqlar üzərindən bir sıra ölkələrə qarşı təşəbbüslər başladır. Məsələn, erməni lobbisinin ideoloji nüvəsini təşkil edən tezislər üzərindən ABŞ Konqresində Azərbaycana qarşı dinləmələr təşkil edilir, Konqresə qanunverici aktlar təqdim olunur və s.  Təəssüf ki, bu proseslər hələ də yekunlaşmayıb və davam etməkdədir. Burada lobbi pulları adı altında korrupsiya elementləri də istisna edilmir ki, Tramp öz çıxışında məhz bu məqama diqqət çəkirdi”, -deyən Y.Hacıyeva əlavə edib ki, üçüncüsü isə bütün dünyaya ABŞ-dan yayılan və Donald Trampın da qarşısını almağa çalışdığı cinslərarası ekstıremizm - gender ekstremizmidir: “ABŞ-da bu ekstremizm o səviyyədə inkişaf edib ki, mən onlardan birini “femibolşevizm” adlandırmışam. Təəssüfləndirici haldır ki, Baydenin dövründə transgender siyasəti o qədər fəal şəkildə təbliğ edilirdi ki, hətta dövlət səviyyəsində dəstəklənirdi. Bu nəticə etibarı ilə ABŞ cəmiyyətində açıq parçalanmaya gətirib çıxarıb. Bütün sahələrdə bu parçalanma müşahidə olunmaqdadır. Hətta bu məsələ orduya qədər yol tapmışdı. İlkin mərhələ olaraq hazırda ABŞ-da cərəyan edən ekstremizmin ümumi mənzərəsi bundan ibarətdir”.

SADİQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 22 Yanvar 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see722

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see412

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see280

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see279

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see263

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see261

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see258

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see246

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see240

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see227

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see222

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see221

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see219

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see219

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see218

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see214

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see205

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see199

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see197

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri