Tramp: Rusiya ilə razılığa gəldik, indi Zelenski ilə məşğul olmalıyıq
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Rusiya-Ukrayna prosesində sülh razılaşmasına yaxın olduqlarını qeyd edib.
Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Tramp Oval kabinetdə keçirilən imza mərasimində Rusiya-Ukrayna müharibəsi ilə bağlı qiymətləndirmələr edib.
Tramp Rusiya və Ukrayna ilə sülh danışıqlarının davam etdiyini və onların hər iki ölkə ilə razılığa gələcəyinə inandığını bildirib.
" Düşünürəm ki, biz Rusiya ilə razılığa gəldik, indi Zelenski ilə razılığa gəlmək lazımdır. Düşünürdüm ki, Zelenski ilə razılaşmaq daha asan olardı, amma bu, daha çətin oldu. Amma hər ikisi ilə razılığa gələ bilərik"-deyə, o, vurğulayıb.
Sualın cavabında Tramp Rusiya prezidenti Vladimir Putinlə Səudiyyə Ərəbistanında deyil, qısa müddət sonra görüşə biləcəyini qeyd edərək, Rusiya ilə razılaşmada daha böyük irəliləyiş əldə etdiklərini vurğulayıb.
Rusiyanın Krımı ilhaqı ilə bağlı hansı siyasətə riayət edəcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Hər ikisi xoşbəxt olduğu müddətcə, əgər müqavilə imzalayıblarsa, qalanları mənə maraqlı deyil. Heç birini bəyənmirəm".
Aytən Yaşar/ Turkustan.az
Baxış sayı:86
Bu xəbər 24 Aprel 2025 10:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















