Tramp: “Rusiya Ukrayna danışıqlarında yaxşı bir şey baş verə bilər”
Icma.az xəbər verir, Dogru.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinin həlli üzrə danışıqlarla bağlı nikbin açıqlama verib.
Doğru.az xəbər verir ki, dövlət başçısı Truth Social hesabında yazıb: “Rusiya və Ukrayna arasında sülh danışıqlarında həqiqətən mühüm irəliləyiş əldə olunub? Bunu görənə qədər inanmayın, amma yaxşı bir şey baş verə bilər”.
Bundan əvvəl Trampın Cenevrədə keçirilən danışıqlarda Ukrayna nizamlanması ilə bağlı irəliləyişi müsbət qiymətləndirdiyi bildirilmişdi.
Ukrayna nümayəndə heyəti də ABŞ-ın hazırkı sülh planı layihəsinin ölkənin maraqlarına uyğun olduğunu təsdiqləyib.
Bununla belə, Cenevrə danışıqlarından sonra Kreml Ukrayna ilə bağlı yeni plan layihəsinin hələlik Rusiyaya təqdim edilmədiyini açıqlayıb.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 24 Noyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















