Icma.az
close
up
RU
TRAMP RUSİYA UKRAYNA MÜHARİBƏSİNİ SONLANDIRA BİLMƏZ! ABŞ İngiltərə birliyinin bu müharibədəki böyük qazancları AzPolitika onlayn siyasiictimai qəzet

TRAMP RUSİYA UKRAYNA MÜHARİBƏSİNİ SONLANDIRA BİLMƏZ! ABŞ İngiltərə birliyinin bu müharibədəki böyük qazancları AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Hazırda Rusiya - Ukrayna müharibəsində ən ciddi müzakirə mövzusu Trampın vəzifə başına gəldikdən sonra hadisələrin necə inkişaf edəcəyi ilə bağlıdır. Tramp gələcək, nəyi isə dəyişəcək, və ya heç nəyi dəyişməyəcək. Bunlar, hadisələrin ana xəttini görünməz edən detallardır. Məntiqlə böyük mənzərəni görmək üçün verilməli olan əsas sual belədir: Müharibənin əsas moderatoru kimdir və müharibənin sonlanması həmin moderatorun maraqlarına uyğundurmu?

Müharibənin uzadılmasının arxasında duran əsas güclərin ABŞ və İngiltərə olduğu sual doğurmur. İngiltərənin keçmiş Baş naziri Boris Conson öz xatirələrində yazır: ˝İstanbul danışıqları zamanı Ukrayna Rusiya ilə razılaşmağa yaxın olub. Amma mən İngiltərənin Baş naziri olaraq Kiyevə səfər etdim və Prezident Zelenskiyə dedim ki, Rusiya ilə razılaşma olacaqsa, bizim sizə yardımımızı unudun˝. Ukrayna seçim qarşısında qoyuldu və Kiyev, iki pis variantdan nisbətən az pis olanı seçdi. Müharibə davam edir, belə görünür ki, hələ çox davam edəcək. Çünki müharibənin uzanması moderatorun maraqlarına uyğundur. Zelenskinin Qərbə ünvanladığı çox məhşur və ağır ritorik sualı yada salaq: ˝Müttəfiqlərimiz Rusiya ilə müharibəni sonuncu ukraynalıya qədər aparmaq istəyir?”

Sual yaranır: Müharibənin uzanması anqlosaks ittifaqının nəyinə lazımdır. Sualı cavablandırmaq üçün meydana çıxan nəticələrə baxaq.

Birinci nəticə: Müharibənin davam etdiyi hər keçən gün Rusiyanı daha da zəiflədir. Həm maddi, həm hərbi texniki, həm də insan resursları baxımından ruslar ciddi itkilər verirlər. Müharibə nə qədər uzanacaqsa, itkilər də o qədər çox olacaq. Qərbin səbri və resursları böyükdür. Avropalı ekspertlərin böyük əksəriyyətinin iddialarına görə, başda ABŞ olmaqla, Qərb dairələri istəsələr, müharibəni tez zamanda sonladıra bilərlər. Bunun üçün Ukraynaya gərəkli miqdarda silahların və texnologiyaların verilməsi yetərlidir. Amma verilmir və Rusiya Federasiyasının ( RF) zəiflədilməsi uzun zamana yayılır. Məqsəd Rusiyanın ani və kəskin çöküşünə deyil, kontrollu çöküşünə nail olmaqdır. Ani çöküş Rusiyanın parçalanma təhlükəsini də gündəmə gətirə bilər. Bu isə Qərbin işinə əsla yaramır. RF uzun sürən tükəndirici savaşda maksimum zəifləsə, 90-cı illərdə olduğu kimi, yenidən Qərbin himayəsinə girmək zorunda qalacaq. Bütün sərvətləri ilə birlikdə. Ani çöküş və parçalanma isə tükənməz rus sərvətlərini Çinə peşkəş edərdi. RF ilə müharibədə Ukraynaya yüz milyardlarla para xərcləmiş anqlosaks ittifaqı bu ssenarini əsla həzm edə bilməz. Bu müharibədə ˝Rusiyanı biz zəiflədirik, qazanclar da izimdir˝ məntiqi çalışır.

İkinci nəticə: Müharibə RF-ni Avropa texnologiyalarından, Avropanı isə ucuz rus qazından məhrum edib. Anqlosaks ittifaqı bir daşla iki quşu birdən vurub. Avropa həm qazsız qalıb, həm də böyük rus bazarını itirib. RF isə həm keyfiyyətli Avropa mallarından və texnologiyalarından məhrum olub, həm də ən böyük qaz bazarını itirib. İndi bu bazar çox bahalı ABŞ qazı idxal edir. Xəritəni gözümüz önünə gətirək. Ən şimalda Finlandiya, bir qədər aşağıda baltikyanı respublikalar, sonra Polşa və cənubda Ukrayna. Biri birinə söykənmiş bu ölkələr RF ilə Avropa arasında keçilməz divar hörüblər. Sərhədlərindəki Rusiya təhlükəsi bu ölkələri ABŞ və İngiltərənin ağuşuna sıxıb. Məhz bu dövlətlərin sərt duruşları RF - Avropa eneji dəhlizlərinə güvənli kilid vurub. Belə bir kilidin ABŞ və İngiltərənin ən çox arzuladığı hədəflər arasında olması bilinən faktdır. Trampın illər öncə tez-tez təkrarladığı bir ifadəni yada salaq: ˝Dolların əsas rəqibi avro, ABŞ-nin ən böyük rəqibi isə Avropadır˝.

Üçüncü nəticə: Çin anqlosaks ittifaqının qurduğu böyük oyunda dalana şıxışmış kimi görünür.

Hadisələrin ABŞ - İngiltərə ssenarisi üzrə inkişaf etməsi rəsmi Pekini məcbur edir ki, aşkar və ya qapalı şəkildə Rusiyaya dəstək versin. Həmin dəstək istər-istəməz Avropa ilə Çin arasındakı münasibətləri soyudur. Digər tərəfdən, sanksiya təhdidləri ilə üz-üzə qalan Çin, RF ilə ticarətini əhəmiyyətli dərəcədə azaldıb. Sanksiyalardan qorxan banklar Çinin RF ilə ticarətini maliyyələşdirməkdən qaçırlar. Bundan isə həm Çin, həm də Rusiya itirir.

Dördüncü nəticə: Hər yanda müharibə var. Deməli böyük silaha ehtiyac var. Ən böyük silah istehsalçısı ABŞ-dirsə, amerikan hərbi sənaye kompleksi üçün bu qızıl dövr niyə uzadılmasın? Ukrayna müharibəsində ˝silinən˝ silah-sürsatın yerinə modern silah sistemləri sifariş edilir. Üstəlik, Tramp Avropa ölkələrindən tələb edir ki, müdafiə xərclərini böyük ölçüdə artırsınlar. Həmin paraların böyük hissısi ABŞ-dəki silah istehsalçılarının büdcələrini şişirdəcək. Avropada müharibə davam edirsə, Trampın ˝silahlanın˝ tələbi də əsaslı görünür.

İndi gəlin baxaq. Rusiya - Ukrayna müharibəsi davam etdikcə Avropa, Rusiya və Çin zəifləyirsə, anqlosaks ittifaqı üçün yenidən rus sərvətlərinə sahiblənmək şansı yaranırsa, ingilis ağlı Avropanı bölüb, qitənin şərqində özünə bağlı dövlətlər klubu qurursa, ABŞ qazının üzünə böyük Avropa bazarı açılırsa, ABŞ iqtisadiyyatının bel sütunu olan hərbi sənaye kompleksinə çox böyük sifariş paketləri gəlirsə, Trampın yenidən prezident olması bu müharibəni sonlandıra bilərmi?

Namiq Bilal

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Yanvar 2025 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri