Tramp RusiyaAmerika fondunun sabiq rəhbərini Estoniyadakı səfir vəzifəsinə irəli sürüb
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ölkənin Estoniyadakı səfiri vəzifəsinə əvvəllər Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik etmiş Roman Pipkonun namizədliyini irəli sürüb.
APA xəbər verir ki, bu haqda Tramp özünün “Truth” hesabında yazıb.
“Mən Roman Pipkonun ABŞ-nin Estoniyadakı yeni səfiri vəzifəsinə namizədliyini irəli sürdüyümü elan etməkdən məmnunam ki, Roman Estoniyada doğulub böyüyüb və xarici hökumətlərlə iş sahəsində mühüm təcrübəyə malikdir”, - deyə o bildirib.
Əvvəllər Pipko ABŞ-ın maraqlarını Avropa Yenidənqurma və İnkişaf Bankında təmsil edib, həmçinin 1995-ci ildə Rusiya İri Müəssisələrinə Dəstək Fondu ilə Rusiyadakı Amerika İnvestisiya Fonduna birləşdirilən Rusiya-Amerika Sahibkarlıq Fonduna rəhbərlik edib. Fond 2008-ci ildə ləğv edilib.
Qeyd edək ki, Roman Monqolustan, Afrika, Rusiya, Qərbi Avropa və vətəni Estoniyadakı layihələrlə bağlı danışıqlarda ABŞ şirkətlərini təmsil edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 04 Yanvar 2025 05:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















