Icma.az
close
up
RU
TRAMP SABİQ NAZİRİ “XİLAS” ETDİ? ABŞ Ziya Məmmədov və Arif Əsgərovun adı hallanan istintaqı dayandırdı

TRAMP SABİQ NAZİRİ “XİLAS” ETDİ? ABŞ Ziya Məmmədov və Arif Əsgərovun adı hallanan istintaqı dayandırdı

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

ABŞ Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı Azərbaycandakı korrupsiya araşdırmasını rəsmi şəkildə dayandırıb.

Hurriyyet.az “Haqqin.az”a istinadla xəbər verir ki, bu araşdırmada Azərbaycanın sabiq nəqliyyat naziri Ziya Məmmədov və onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş sədri Arif Əsgərovun adları hallanırdı.

Kanada mediasının məlumatına görə, “Bombardier” 2025-ci il aprelin 1-də ABŞ Ədliyyə Nazirliyindən bu barədə rəsmi bildiriş alıb. Şirkət həmin məktubun qəbul olunduğunu təsdiqləyib. Nazirlik açıqlamasında qeyd edir ki, “Azərbaycan və İndoneziyada dəmir yolu layihələri üzrə müqavilələrlə bağlı toplanmış məlumatlar nəzərə alınmaqla” istintaqın dayandırılması qərara alınıb.

İstintaq niyə dayandırıldı? – Trampın fərmanının rolu varmı?

ABŞ Ədliyyə Nazirliyi istintaqın dayandırılmasının səbəblərini şərh etməkdən imtina edib. Maraqlıdır ki, 2025-ci ilin fevralında Prezident Donald Tramp ABŞ-ın xarici korrupsiyaya qarşı mübarizə qanunu – Xaricdə Korrupsiya Əleyhinə Qanunun (FCPA) tətbiqini dayandıran fərman imzalamışdı. Hələlik bu fərmanın “Bombardier” işi üzrə qərara təsiri olub-olmadığı rəsmi olaraq bəlli deyil.

“Bombardier”ə qarşı araşdırma ABŞ-da 2020-ci ildə, İndoneziyada isə 2021-ci ildə başlamışdı. İndoneziya xətti üzrə istintaq davam etsə də, Azərbaycanla bağlı xətt bağlanıb.

100 milyonluq rüşvət – Nazirlik tenderində gizli sxemlər

Xatırladaq ki, 2013-cü ildə Azərbaycan Nəqliyyat Nazirliyi və “Bombardier” arasında Bakı–Qazax–Böyük Kəsik dəmir yolu xətti üzrə siqnalizasiya sistemlərinin təchizatı ilə bağlı 350 milyon dollarlıq müqavilə imzalanıb. Layihəni “Bombardier”in İsveçdəki törəmə şirkəti – “Bombardier Transportation” həyata keçirib.

Araşdırmalar göstərib ki, bu məbləğin təxminən 100 milyon dolları ofşor vasitələrlə Azərbaycan rəsmilərinə “otkat” (geriödəniş) şəklində ötürülüb. İstintaq sənədlərində qeyd olunur ki, bu rüşvət sxemində “Trans Signal Rabitə” adlı yerli şirkət və “Multiserv Overseas Ltd” adlı ofşor vasitəçi istifadə olunub. Bu qurumun əsası Rusiya Dəmir Yollarının sabiq rəhbəri Vladimir Yakunin tərəfindən qoyulmuşdu. “Multiserv” həmçinin “Bombardier”in Rusiya, Monqolustan, Qazaxıstan və Türkmənistandakı layihələrində də şübhəli maliyyə əməliyyatlarında iştirak edib.

“Bombardier” bu tenderi qazanan “Trans Signal Rabitə”yə texniki avadanlıq – “Ebilock-950” sistemləri satıb. Sənədlərə əsasən, bu avadanlıqlar reallıqda olduğundan 5,5 dəfə baha qiymətə Azərbaycana təqdim olunub. Pul köçürmələri isə heç bir fiziki ünvanı və fəaliyyəti olmayan, Londonda qeydiyyatdan keçmiş ofşor şirkət vasitəsilə həyata keçirilib.

“Bombardier” rəhbərlərinə qarşı cinayət işi: İsveçdə bəraət, Kanadada araşdırma davam edir

Bu korrupsiya qalmaqalı ilə bağlı İsveçdə “Bombardier Transportation”un vitse-prezidenti Tomas Bimerə qarşı cinayət işi açılıb. Lakin Stokholm məhkəməsi 2021-ci ilin dekabrında onu bəraət qazandıraraq azad edib. Məhkəmə müdafiənin Bimerin sövdələşmənin korrupsiya komponentlərindən xəbərsiz olduğunu sübuta yetirdiyini bildirib.

Eyni zamanda, Kanada mediası bildirir ki, Dünya Bankı tərəfindən 2017-ci ildə başlanan araşdırma hələ də davam edir. Kanadanın hüquq-mühafizə orqanları isə “Bombardier”in İndoneziya aviaşirkəti “Garuda Airlines” ilə bağladığı təyyarə satış müqaviləsini araşdırmağa davam edir.

Belə görünür ki, ABŞ və İsveçdə aparılan istintaqlara, çoxsaylı sübutlara və ifşaedici araşdırmalara baxmayaraq, Azərbaycanın sabiq yüksək vəzifəli məmurları – Ziya Məmmədov və Arif Əsgərov – bu proseslərdən tam cəzasız çıxırlar. Hazırda nə Azərbaycanda, nə də beynəlxalq instansiyalarda onların bu korrupsiya qalmaqalına görə məsuliyyətə cəlb olunması gündəmdə deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 May 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see430

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see212

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see203

44 günlük müharibədə müəyyən dairələr ermənilərlə... Ərdoğan

06 Yanvar 2026 01:30see188

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see174

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see168

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see166

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see163

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see161

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see158

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see156

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see151

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see147

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see146

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see144

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see140

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see135

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see129

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see127

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri