Icma.az
close
up
RU
ABŞ dən Ziya Məmmədov və Arif Əsgərovla bağlı vacibQƏRAR

ABŞ dən Ziya Məmmədov və Arif Əsgərovla bağlı vacibQƏRAR

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


ABŞ Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı aparılan korrupsiya istintaqını dayandırıb. Sözügedən araşdırma çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun adları hallanırdı.

Bakupost.az haqqin.az-a istinadən xəbər verir ki, “Bombardier” şirkəti 1 aprel tarixində ABŞ Ədliyyə Nazirliyindən rəsmi məktub alaraq, istintaqın bağlandığını təsdiqləyib. Kanada şirkətinin maliyyə hesabatında qeyd olunur ki, “İndoneziya və Azərbaycan dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli iki istintaq toplanmış məlumatlar əsasında yekunlaşdırılıb”.

ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib. Bombardier şirkəti də açıqlama yaymaqdan çəkinib.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanla, 2021-ci ildə isə İndoneziyanın “Garuda Airlines” şirkəti ilə bağlanmış müqavilələr üzrə istintaq başladılmışdı. Bu çərçivədə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə Bombardier arasında 2013-cü ildə imzalanmış 350 milyon dollarlıq müqavilə də araşdırılmışdı. Müqavilə Bakı–Qazax–Böyük Kəsik dəmir yolu xətti üçün siqnal avadanlıqlarının alınmasını nəzərdə tuturdu.

İstintaq zamanı məlum olub ki, təxminən 100 milyon dollar vəsait yüksək vəzifəli məmurlara rüşvət kimi ödənilib. Rüşvətlərin ötürülməsi üçün offşor vasitəçi – Multiserv Overseas Ltd şirkətindən istifadə olunub. Bu şirkət Rusiyanın sabiq dəmiryolu rəhbəri Vladimir Yakunin tərəfindən təsis edilib və müxtəlif ölkələrdə Bombardier layihələrinə vasitəçilik edib.

Sənədlərdə göstərilir ki, 46 ədəd siqnal qurğusu Azərbaycana göndərilib, lakin ödənişlər heç bir ünvanı və fəaliyyəti olmayan London mənşəli şirkət vasitəsilə həyata keçirilib. Avadanlıqlar real qiymətindən 5,5 dəfə baha qiymətə satılıb.

İsveçdə bu işlə bağlı cinayət işi başlanıb və Bombardier-in vitse-prezidenti Tomas Bimer məhkəməyə verilib. 2021-ci ilin dekabrında Stokholm məhkəməsi onu bəraət qazandıraraq, korrupsiya sxemindən xəbərsiz olduğuna qərar verib.

Qeyd edək ki, bu iş üzrə Dünya Bankı tərəfindən başlanan araşdırma hələ də davam edir. Eyni zamanda Kanadanın hüquq-mühafizə orqanları Bombardier-in İndoneziya ilə imzaladığı təyyarə satışı müqaviləsi üzrə yoxlamaları davam etdirir.

Maraqlıdır ki, 2021-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkənin əsas antikorrupsiya qanunu – Xaricdə Korrupsiya ilə Mübarizə Aktının (FCPA) tətbiqinin dayandırılması barədə sərəncam imzalanmışdı. Hazırkı qərarın həmin sərəncamla əlaqəli olub-olmadığı isə rəsmi şəkildə təsdiqlənməyib.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 May 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri