Tramp: Si Cinpinlə növbəti görüşümüz noyabrda Çində olacaq
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Çin Sədri Si Cinpin və xanımı Pen Liyuan Vaşinqtona dövlət səfərini başa vuraraq Çinə yola düşüblər.
AZƏRTAC xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə “Truth” sosial mediasında yazıb.
“Prezident Si və xanım Penq indicə Vaşinqtonu tərk edərək Çinə yola düşüblər. Görüş Çin və ABŞ üçün dostluq, güc və uğur görüşü oldu”, - deyə Tramp bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Si Cinpinlə növbəti dəfə noyabrda Çində, daha sonra isə dekabrda Florida ştatının Mayami şəhərində keçiriləcək G20 sammitində görüşəcək. Noyabr görüşünün Çində keçiriləcək APEC sammiti çərçivəsində baş tutması gözlənilir.
“Çox şey əldə olunub və bundan sonra da əldə olunacaq. Növbəti görüşümüzü səbirsizliklə gözləyirəm”, - deyə Tramp yazıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 26 Sentyabr 2026 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















