Tramp sonda etiraf etdi: Yaxın Şərq münaqişəsi ilə müqayisədə Ukrayna müharibəsi...
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
“Rusiya-Ukrayna müharibəsinə son qoymaq Fələstin-İsrail münaqişəsinin həllindən daha çətindir”
Globalinfo.az xəbər verir ki, bunu Ağ Evdə Kanadanın Baş naziri Mark Karni ilə görüşdən əvvəl ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
“Mən münaqişəni həll etməyin asan olacağını düşünürdüm. Lakin məlum oldu ki, bu, Yaxın Şərqdəki vəziyyətdən daha çətindir. Yaxın Şərqdə nə baş verəcəyini tezliklə görəcəyik”, – Tramp bildirib.
Amerika lideri Rusiya prezidenti Vladimir Putinlə yaxşı münasibətdə olduğunu, lakin hazırda onun addımlarından məyusluq keçirdiyini diqqətə çatdırıb.
Daha əvvəl Tramp bəyan edib ki, İsrail HƏMAS hərəkatı onun təklif etdiyi sülh planı əsasında razılığa gəlməyə çox yaxındır. O bildirib ki, vasitəçilər tərəfləri qarşılıqlı məqbul kompromis əldə etməyə inandıracaqlar.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 07 Oktyabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















