Icma.az
close
up
RU
Tramp təftişə başladı. ABŞ Ermənistan Xartiyası necə olacaq?

Tramp təftişə başladı. ABŞ Ermənistan Xartiyası necə olacaq?

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Amerika Birləşmiş Ştatlarının 47-ci prezidenti Donald Tramp dünən öz səlahiyyətlərinin icrasına başladı. Dünya mediasının diqqəti dünən Trampın inaqurasiya mərasimindəki çıxışına yönəlmişdi.

Bu çıxışda verilən mesajlar hələ uzun müddət çək-çevir ediləcək. Tədbirdə dünyanın texnoloji liderləri də iştirak edirdi. Bəzilərinə görə bu çıxış aqressiv, bəzilərinə görə utopist idi. Ancaq bütün bu mesajlarında Tramp, əslində, bir fikri vurğulamağa çalışıb: Amerikanı güclü etmək. Həm də o, Amerikanı "yenidən" gücləndirməkdən danışır. Yəni Amerika Bayden hakimiyyəti dövründə zəifləyib, geriləyib, indi onu YENİDƏN əvvəlki qüdrətinə qovuşdurmaq lazımdır deyə işarə verir.

Görünən odur ki, ABŞ-ın yeni prezidenti özündən əvvəlki administrasiyanın qərarlarına təftişçilik mövqeyindən yanaşır. Prezidentliyinin ilk günündə Donald Tramp sələfi Co Baydenin imzalamış olduğu 78 sərəncam və memorandumu ləğv edib. O cümlədın, ABŞ-ın xarici yardımlarının məqsədəuyğunluğunu da araşdırmaq üçün üç aylıq moratorium qoyub. Bu da çox maraqlı addımdır. ABŞ Co Baydenin dövründə ən çox yardımı, təbii ki, Ukraynaya ayırıb. Məqsəd də özünün səbəb olduğu müharibəni "sonuncu Ukraynalı qalana qədər" davam etdirmək üçün Ukraynanı silahlandırmaq olub. Ancaq Trampın təyin etdiyi dövlət katibi Marko Rubio Senatdakı çıxışında Rusiya-Ukrayna müharibəsini dayandırmağın vacibliyini izah edərkən maraqlı bir fraza işlədib: "məsələ ondadır ki, Ukraynanın silahı tükənmir, Ukraynalılar tükənir".

ABŞ-ın xarici yardımlarından söz düşmüşkən, 2024-cü ilin payızında Co Bayden administrasiyası Ermənistana maliyyə yardımını iki dəfədən çox artıraraq 250 milyon dollara çatdırıb. Əvvəlki ildə 120 milyon dollar ayırmışdılar. Əgər ABŞ-ın ayırdığı xarici yardımların məqsədəuyğunluğu araşdırılırsa, çox güman ki, Ermənistana ayrılan bu 250 milyon dollarla bağlı araşdırma vacibdir. Çünki nəticədə bu yardım da, ABŞ-Ermənistan strateji tərəfdaşlıq xartiyası da əslində Cənubi Qafqazda yeni müharibə ocağını alovlandırmağa yönəlib. Əgər Tramp administrasiyası, doğrudan da, müharibələri dayandırmaq istəyirsə, Amerikanın müharibələrə xərclədiyi maliyyə vəsaitlərini havaya sovrulmuş pullar hesab edirsə (ki, bu, doğrudan da, belədir), onda ABŞ-ın Ermənistana dəstəyi də, yəqin, sorğulanacaq. O cümlədən, hərbi dəstəyi. Vaşinqtonun İrəvana verdiyi hər bir ABŞ dolları Cənubi Qafqazı müharibəyə yaxınlaşdırır. Məlum xartiyaya əsaslanaraq, ABŞ Ermənistana "sərhəd təhlükəsizliyi" adı altında hərbçilər göndərir, bu ölkədə Amerikanın hərbi bazasını yaratmağa çalışır. Hər halda Baydenlə Blinkenin planı belə idi. Tramp NATO-ya Amerikanın yardımını azaltmağı planlaşdırırsa, onda hansı məntiqlə Ermənistana yardım artmalıdır?! Məgər Ermənistan ABŞ üçün NATO-dan, Avropa İttifaqından, Almaniyadan, Böyük Britaniyadan daha vacib ölkədir?! Xeyr. Onda tamamilə məntiqli olar ki, Vaşinqton Ermənistana da havayı pul xərcləməkdən vaz keçsin. Çünki İrəvan Vaşinqtona, Brüsselə arxalanıb, bölgədə yeni müharibə hazırlığı görür. Prezident Tramp üçün Ukrayadakı davam edən müharibəni dayandırmaqdan daha asan olan Cənubi Qafqazda Ermənistanın hazırladığı (hazırlaşdığı) müharibəni dayandırmaqdır. Bu il yanvarın 14-də Co Bayden hökuməti ilə Ermənistan arasında imzalanmış strateji tərəfdaşlıq xartiyası əslində Ermənistanı Azərbaycanla yeni müharibəyə həvəsləndirmək, təhrik etmək cəhdi idi. Bu ssenari reallaşarsa, Türkiyə Azərbaycanı müdafiə edəcək. Rusiya və İran da kənarda qalmayacaq. Bu da daha genişmiqyaslı toqquşma demək olar.

Ukraynada Rusiyanı dayandırmaq üçün Vladimir Putinlə - Beynəlxalq Cinayət Məhkəməsinin həbsinə order verdiyi prezidentlə görüşməkdən belə çəkinməyən Tramp Cənubi Qafqazda daha bir müharibənin başlanmasına "yaşıl işıq" yandıracaq?! İnandırıcı görünmür. Qəzzada atəşkəsə nail olan Tramp Qafqazı atəşin içinə atar?! Məntiqsiz gəlir. Həm də Amerikanın öz maraqlarına diametral tərsdir.

Odur ki, məntiqlə Blinkenlə Mirzoyanın imzaladığı məlum xartiya da denonsasiya edilməlidir. Amerikanın Ermənistana verdiyi maliyyə yardımı, hərbi yardım Vaşinqtonun öz əleyhinə işləyən faktorlardır. Ermənistana ən böyük yaxşılıq onu Azərbaycanla sülhə mane olan faktorları aradan qaldırmağa sövq etməkdir. Əks halda sülh danışıqları adı altında vaxt uzadıb silahlanan və bölgədə yeni hərbi toqquşmalara hazırlıq görən Ermənistan ABŞ-a əlavə başağrısı gətirəcək. Amerika vergi ödəyicilərinin pulu Ukraynadakı müharibəyə xərcləndi, ya Ermənistanı silahlandırmağa, heç fərq yoxdur. Forma fərqli olsa da, mahiyyət eynidir: Amerikanın pulları mənasız müharibələrdə, sadəcə, havaya sovrulub gedir. O qədər!

Bahəddin Həzi, bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:247
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 21 Yanvar 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see297

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see287

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see273

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see255

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see251

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see245

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see226

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see221

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see209

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see204

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see204

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see201

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see196

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see195

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see187

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see183

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see182

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see170

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see167

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri