Tramp “The New York Times” qəzetinin bağlanacağını bildirib
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 6 oktyabr, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp “The New York Times” qəzetinin yaxın gələcəkdə fəaliyyətini dayandırmaq məcburiyyətində qalacağını bildirib.
AZƏRTAC xəbər verir ki, Tramp bu barədə “Truth Social” platformasındakı paylaşımında yazıb. O, nəşri özünə qarşı qərəzli mövqedə olmaqda və məlumatları lazımi qaydada yoxlamamaqda ittiham edib.
Tramp, həmçinin qəzeti Florida ştatında yerləşən Doral kurort və otel kompleksinin fotosunu qəsdən təhrif olunmuş şəkildə dərc etməkdə günahlandırıb. Sözügedən kompleks ABŞ-nin dekabrda G20 sammitinə ev sahibliyi edəcəyi Mayami şəhəri yaxınlığında yerləşir.
ABŞ Prezidenti “The New York Times”ın etibarlılığının azaldığını və tirajının kəskin şəkildə aşağı düşdüyünü də iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 06 Oktyabr 2026 08:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















