Tramp tikintini sürətləndirdi: 250 işçi günün 20 saatı çalışır
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ölkə.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, məhkəmənin qərarından əvvəl layihəni yekunlaşdırmaq üçün 250 işçi həftənin yeddi günü, günün 20 saatı tikinti işlərində çalışır. ABŞ Prezidentinin Administrasiyası məhkəməni məlumatlandırıb ki, bu həftə ərzində 450 tondan çox armaturun quraşdırılması və təqribən 2,3 min kubmetr betonun tökülməsi nəzərdə tutulur.
Bir neçə federal məhkəmə prezidentin Konqresin razılığı olmadan tikintiyə başlayaraq öz səlahiyyətlərini aşdığına dair qərar qəbul edib. Hazırda iş Ali Məhkəmədə baxılma mərhələsindədir. Administrasiya nümayəndələri isə bal zalının inşasının "çox irəlilədiyini və artıq dayandırıla bilməyəcəyini" iddia edirlər.
Ağ Evin İnzibati İdarəsinin rəhbəri Coşua Fişer bildirib:
"Hazırkı irəliləyişi nəzərə alsaq, tikinti işləri artıq çox irəli gedib və onu dayandırmaq qeyri-mümkündür".
O vurğulayıb ki, hətta Ali Məhkəmə binanın planlarının dəyişdirilməsi və ya sökülməsi barədə göstəriş versə belə, bu, artıq mümkün olmayacaq.
Onun sözlərinə görə, armaturun quraşdırılması və betonun tökülməsi işlərinin 80%-i artıq yekunlaşıb, binanın özü isə təxminən 21 metr hündürlüyə çatır və yerin altında beş mərtəbə dərinliyə gedir.
Fişerin qiymətləndirmələrinə əsasən, ümumilikdə tikintinin 65%-i tamamlanıb.
2025-ci ilin dekabrında ölkənin Milli Parklar Xidməti məlumat vermişdi ki, Ağ Evin şərq hissəsində bal zalının tikintisinin 2028-ci ilin yayında başa çatdırılması planlaşdırılır. Yeni bina 650-yə qədər adamı qəbul edə biləcək. Tikinti prosesinin Trampın prezidentlik müddəti bitənə qədər yekunlaşdırılması nəzərdə tutulur.(oxu.az)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 19 Avqust 2026 22:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















