Icma.az
close
up
RU
Tramp üçün geri sayım başladı: Ukrayna böhranı yaya qədər həll edilməsə...

Tramp üçün geri sayım başladı: Ukrayna böhranı yaya qədər həll edilməsə...

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

“Fevralın 17-də Cenevrədə Rusiya–ABŞ-Ukrayna danışıqlarının növbəti mərhələsinə başlanıldı. ABŞ, Konqresə aralıq seçkilərdən əvvəl Ukraynada sülhə nail olmaq niyyətindədir. Buna görə də Vaşinqton münaqişənin hər iki tərəfinə təzyiq göstərməyə çalışır”.

Bu sözləri Globalinfo.az-a politoloq Bakir Həsənbəyli deyib.

Politoloq bildirib ki, Ağ Evin danışıqların bugünkü raundunda məqsədinə nail olması ilə bağlı proqnoz vermək absurddur:

“ABŞ yayın əvvəlinə qədər hərbi əməliyyatların aktiv mərhələsinə son qoymaqda israrlıdırlar. Hətta müvafiq tədbirlər üçün cədvəl də tələb edirlər. Doğrudur, hələlik cədvəldə nələrin nəzərdə tutulduğu məlum deyil. Ancaq sülhə keçid üçün bir növ mərhələli plandan söhbət getdiyi güman olunur. Lakin ABŞ Dövlət katibi Marko Rubionun təbirincə desək, danışıqlarda sıçrayış baş verməyəcək.

İndiki məqamda əldə olunacaq ən böyük nailiyyət isə əsir mübadiləsi olacaq. ABŞ-da Prezident Donald Tramp administrasiyası aralıq Konqres seçkilərinə hazırlıqlara artıq başlayıb. Respublikaçılar seçkiləri uduzmamaq üçün var gücləri ilə çalışırlar. Ukrayna böhranının tənzimlənməsi çərçivəsində mübahisəli məsələlərin sayının xeyli azalması iddia olunsa da, problemin ən çətin məqamları hələ də qalmaqdadır. Söhbət ərazi məsələsi və Ukraynanın Qərbdən almaq istədiyi təhlükəsizlik təminatlarından gedir. Təhlükəsizlik məsələləri üzrə işçi qrupu mövqelərin sinxronlaşdırılması mərhələsinə keçib.


Bakir

Həllini tapmalı olan əsas prinsipial məsələlərə Donbasın statusu və Ukraynanın təhlükəsizlik təminatları daxildir. Lakin bu istiqamətdə verilən bəyanatlar müsbət nəticələrin əldə olunacağına işarə etmir. Çünki Kiyev hökuməti dövlətin ərazi bütövlüyünü və ya suverenliyini şübhə altına alan heç bir formulu qəbul etməyəcək. Rəsmi Moskvanın mövqeyi isə böyük müqavilənin bir hissəsi kimi, Donbasın bütün ölkələr tərəfindən Rusiya ərazisi olaraq tanınmasının təmin olunması yönündədir”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Fevral 2026 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri