Tramp Ukrayna ilə bağlı razılaşma olmadığı halda Rusiya neftinə ikinci dərəcəli rüsumları istisna etməyib
Oxumeni.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp bazar günü bəyan edib ki, Moskva Ukraynanın nizamlanması üzrə razılığa gəlməsə, Rusiyadan neft ixracına ikinci dərəcəli rüsumlar tətbiq etmək niyyətindədir.
“Əgər Rusiya ilə mən Ukraynada qan tökülməsini dayandırmaq üçün razılığa gələ bilməsək, o zaman mən Rusiyadan gələn bütün neftə ikinci dərəcəli tariflər tətbiq edəcəyəm”, o, NBC News-a deyib.
Tramp əlavə edib ki, razılaşmanın olmamasının günahının Rusiyada olduğu qənaətinə gələrsə, bu addımı atacaq.
Onun sözlərinə görə, "ABŞ-da satılan neft və neft məhsulları üçün rüsumlar 25% olacaq".
Tramp həmçinin şirkətlərin “Rusiyadan neft alarsa” ABŞ-da biznes fəaliyyətini qadağan etməyə hazır olduğunu bildirib.
Əziz Mustafa, Oxuməni.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 31 Mart 2025 08:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















