Deputat: Azərbaycanlıların həmrəyliyi xalqın dünyada ucaldılması deməkdir
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın milli birliyinin rəmzidir.
Bu əlamətdar gün dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlını vahid məqsəd ətrafında birləşdirir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi yaddaşına və Vətənə bağlılığına əsaslanan ümummilli ideyanın təntənəsidir.
Bu gün Azərbaycan diasporunun gücünü, birliyini nümayiş etdirir. İctimaiyyət nümayəndələri, ziyalılarımız, diasporumuz Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün tariximizdə xüsusi yeri olduğunu bildirirlər.
Bu tarixi günlə bağlı millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a bildirib ki, birlik, həmrəylik, azadlıq, insana qayğı və diqqət Ulu öndərimiz Heydər Əliyevin ömrü boyu ən müqəddəs amalı olub və bu ideyalar bu gün də yaşayır:
"Unudulmaz rəhbər dünya azərbaycanlılarını hər zaman bir yerdə, bir amalda olmağı, bir məqsəd uğrunda mübarizə aparmağı vacib hesab edib və bunun üçün öz səylərini əsirgəmirdi. Məhz onun qayğısı, diqqəti və təşkilatçılığı sayəsində dünya azərbaycanlılarının birliyi, mütəşəkkilliyi qarşıya qoyuldu.
Dünya azərbaycanlılarının ilk qurultayında Ulu Öndərimiz özünün müqəddəs amallarını bir daha ifadə etdi. "Hər hansı bir ölkənin vətəndaşı olmasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın uğurları ilə sevinməli, ölkəmizin həqiqətlərini dünyaya çatdırmalı və azərbaycanlı olmağı ilə fəxr etməlidir" fikirlərini daim səsləndirən Ulu öndərimiz həyanın sonuna kimi öz ideyalarına sadiq qaldı.
O, azərbaycanlıları yaşadığı, vətəndaşı olduğu ölkədə həmin ölkənin ictimai-siyasi həyatında fəal iştirak etməyə səsləyir, öz adlarını uca tutmağı tövsiyə edirdi. Heydər Əliyevin özü də dəfələrlə bildirirdi ki, mən azərbaycanlı olmağımla fəxr edirəm. Bunu hər bir azərbaycanlıya təlqin edirdi.
Məhz onun ideyalarının ölməzliyinin bəhrəsidir ki, azərbaycanlılar bu gün bir yumruq kimi birləşib, doğma vətənimizin uğurları üçün əllərindən gələni edirlər. Sonrakı illərdə azərbaycanlıların həmrəyliyini, birliyinin təmin olunması nəinki bir arzuya, istəyə çevrildi, həm də əmli işdə özünün təsdiqini tapdı.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərimizin ideyalarına sədaqətlə xidmət edərək, azərbaycançılıq ideologiyasını nəinki bir şüara, bir elmə çevirdi. Bu gün dünya azərbaycanlıları birlikdədir. Keçirilən qurultaylar, böyük konfranslar, tədbirlər məhz azərbaycanlıların həmrəyliyinin təmin olunması üçün irəli atılan addımlardandır və dünya azərbaycanlılarının birliyini ifadəsi bu gün real həyatda özünü aydın göstərir.
Biz bunu 44 günlük Vətən müharibəsidə, eləcə də 23 saatlıq antiterror tədbirlərində aydın gördük və hiss etdik. Dünyanın əksər ölkələrində yaşayan soydaşlarımız vətənimizin azadlığı uğrunda mübarizə aparmağa, cəbhəyə getməyə hazır olduqlarını nümayiş etdirdilər.
Həmin dövrdə xarici ölkələrdə keçirilən çoxsaylı nümayişlər, mitinqlər bir daha göstərdi ki, azərbaycanlılar doğma torpaqlarımızın azadlığı üçün həyatlarını qurban verməyə belə, hazırdırlar. Cənab İlham Əliyevin çağırışı ilə milyonlarla azərbaycanlı öz səsini ən mötəbər tribunalardan belə, ucaltmağa hazır olduqlarını nümayiş etdirdilər və bir çox hallarda buna nail oldular.
Bu gün hər bir azərbaycanlı vətənimizin uğurları, xalqımızın qələbələri ilə fəxr edir. Xaricdə yaşayan soydaşlarımızın tez-tez Azərbaycanda keçirilən mötəbər tədbirlərə, idman yarışlarına qoşulması ölkəmizə olan sədaqətdən, məhəbbətdən irəli gəlir. Əlbəttə ki, bu sədaqət təbliğ olunub və reallıqda Ulu Öndərimiz Heydər Əliyev və Prezidentimiz İlham Əliyevin rolu əvəzsizdir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür və biz bunu günü yüksək təntənə ilə hər il qeyd edirik. Buna bizim haqqımız var. Çünki bu günün təməlini bizim ölməz rəhbərimiz Heydər Əliyev qoyub və bu yolu cənab Prezidentimiz çox uğur və sədaqətlə davam etdirir.
Azərbaycanlıların bir yerdə olması vətənimizin inkişafı, xalqın rifahının, xoşbəxtliyinin təmin edilməsi, bu torpağın, xalqın dünyada ucaldılması deməkdir. Mən soydaşlarımıza, hər bir azərbaycanlıya bu əziz gündə öz təbriklərimi, xoş arzularımı bildirirəm. Qoy bizim birliyimiz daimi, mütəşəkkil və daha möhkəm olsun".
Nigar Abdullayeva
"Cebheinfo.az"
Açar sözlər: Həmrəyliyi Günü Tahir Rzayev
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:78
Bu xəbər 31 Dekabr 2025 14:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















