Tramp Ukrayna ilə bağlı tələblə Ərdoğana müraciət edib
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp telefon danışığı zamanı türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan Ukrayna məsələsində vasitəçilik etməsini istəyib.
BAKU.WS xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb.
Nəşr vurğulayır ki, Ərdoğan həm Rusiya prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Vladimir Zelenski ilə danışıqlar apara bilər.
"Ukrayna Böyük Britaniya və ABŞ-nin təzyiqi ilə danışıqlar masasını tərk etməsəydi, Türkiyə ilk üç ayda sülh bağlayardı", - deyə məlumatda qeyd olunub.
Qeyd olunub ki, Türkiyə lideri Trampın təklifinə müsbət cavab verib.
Qeyd edək ki, bundan əvvəl, mart ayında Ərdoğanın ABŞ prezidenti ilə telefon danışığında onun Ukraynadakı münaqişəyə son qoymaq səylərini dəstəklədiyini bildirdiyi bildirilib. O zaman Türkiyə prezidenti qeyd edib ki, dünyada baş verən hadisələr Ankara ilə Vaşinqton arasında intensiv məsləhətləşmələri zəruri edib.
Baxış sayı:76
Bu xəbər 08 May 2025 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















