Ukrayna prezidentini Nə Tramp, nə də başqa biri seçə bilər
Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ukrayna prezidenti Volodimir Zelenski istefa vermək niyyətində olmadığını bildirərək müharibəni öz məsuliyyəti hesab etdiyini deyib.
Zelenski bu barədə britaniyalı jurnalist Pirs Morqanla müsahibəsi zamanı danışıb.
“Dünyada nə Donald Tramp, nə İlon Mask, nə də başqa biri Ukrayna prezidentini seçə bilər. Bunu yalnız Ukrayna vətəndaşları edə bilər”, – Zelenski vurğulayıb.
Prezident döyüş əməliyyatları başa çatana qədər seçkilərin keçirilməsini istisna edib. Könüllü şəkildə istefaya getmək ehtimalı ilə bağlı suala cavabında “Əlbəttə, yox. Bu, mənim məsuliyyətimdir”, – deyə bildirib.
Zelenskinin sözlərinə görə, bəzi nüfuzlu şəxslər onu vəzifədən uzaqlaşdırmaq istəyirlər, çünki o, Ukrayna torpaqlarını Rusiya ərazisi kimi heç vaxt tanımayacaq.
“Əgər məni hakimiyyətdən uzaqlaşdırsalar, əminəm ki, yeni lider – kişi və ya qadın – ölkəmizi müdafiə edəcək. Çünki bu, bizim evimizdir”, – Ukrayna lideri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 15 Oktyabr 2026 01:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















