Icma.az
close
up
RU
Tramp Ukraynadan nə istəyir və Zelenski ABŞ a niyə gedib? (ŞƏRH)

Tramp Ukraynadan nə istəyir və Zelenski ABŞ a niyə gedib? (ŞƏRH)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

"Tramp Rusiya lideri ilə görüşə həm özünü, həm də Ukraynanı əli dolu aparmaq istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışması, habelə Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfərini şərh edərkən deyib. 

"Tramp qısa bir zamanda Kiyevlə Moskva arasında barışığa nail olmaq istəyir. Rusiya-Ukrayna cəbhəsindəki hadisələr isə göstərir ki, proses hələlik eskalasiya mərhələsindədir. Zelenskinin Vaşinqton səfəri gözlənilən idi. Tramp ondan əvvəl Putinlə telefonla danışıb, onlar arasında növbəti görüş də planlaşdırılır", deyə Üzeyir Şəfiyev bildirib.

Konfliktoloqun fikrincə, Tramp da belə bir əminlik var ki, Putini sahədə məğlub etməsə, masada onu görə bilməyəcək: 

"Bir tərəfdən Ukraynaya Putini masaya cəlb etmək üçün Rusiyaya təhdid yaradan silahlar verəcəyini bəyan edir. Bu silahlar verilsə, Putin masada oturmağın məcburi olacağına nəhayət əmin olacaq".


Ekspert qeyd edib ki, Tramp Putinlə siyasi sövdələşməyə getsə, özünü fiaskoya uğradacağına artıq tam əmin olub:

"Ona görə də Rusiyaya münasibətdə sərt olmalıdır. "Tomahawk" raketlərinin verilməsi müharibənin genişlənməsi və ona əlavə tərəflərin qoşulmasına gətirib çıxara bilər. Tramp özü də müharibənin bu səpkidə genişlənməsində maraqlı deyil. Bu mənada o, Putindən müharibəni dayandırmaqla bağlı qəti öhdəlik ala bilsə, həmin raketlərin Kiyevə verilməsini də müvəqqəti olaraq dayandıracaq. Lakin Trapm Putinin növbəti dəfə manipulyasiya etdiyini görsə, Ukraynaya daha ağır silahlar verəcək, hətta Qərbin ekstensional hərbi dəstəyini də səfərbər edəcək. Burada artıq mövqe savaşı gedir".

Həmsöhbətimiz düşünür ki, artıq həm Ukrayna, həm də Rusiya tükənib: 

"Digər tərəfdən, ABŞ Kiyevə vəd etdiyi silahları verməsə, Ukraynanın qısa zamanda real olaraq tükənəcəyini müşahidə edə bilərik. Bunu isə nə Kiyev, nə də Qərb ABŞ-a bağışlamayacaq. Belə vəziyyətdə həm də Rusiyanın ambisiyaları artacaq. Ona görə də Qərb bu istiqamətdə ciddi düşünməlidir. Bu silahlar Ukraynaya çox lazımdır. Belə bir dəstək olmasa yaxın perspektivdə Ukraynanın immuniteti tam itəcək. Qərb Ukraynanın həm Avropa, həm də ABŞ üçün döyüşdüyünün fərqində olmalıdır".

Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-a səfərə yollanıb. Burada o, ABŞ ptrezidenti Donald Trampla görüşəcək. Zelenski həmçinin, ABŞ müdafiə şirkətlərinin nümayəndələri, silah istehsalçıları, enerji şirkətlərinin nümayəndələrilə də görüş keçirəcək. 

Bundan bir gün əvvəl isə Tramp Rusiya lideri Vladimir Putinə telefonla danışıb. Onlar növbəti görüş barədə ümumi razılığa gəliblər. Görüşün vaxtı hələlik bəlli olmasa da, keçirilmə yeri kimi Macarıstanın adı çəkilir. 

Rüfət Sultan


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 17 Oktyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri