Icma.az
close
up
RU
TRAMP UKRAYNANI KREMLİN DİLİ İLƏ “VURDU” “Rusiya özünü yaxşı göstərdi, Zelenski pulumuzu qaytarsın...”

TRAMP UKRAYNANI KREMLİN DİLİ İLƏ “VURDU” “Rusiya özünü yaxşı göstərdi, Zelenski pulumuzu qaytarsın...”

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Belə görünür ki, Donald Trampın hakimiyyətə gəlişinin Ukraynaya yaxşı heç nə vəd etmədiyi və yeni prezidentin Rusiya rəhbərliyi ilə eyni “dəyərləri” bölüşəcəyi barədə ən pessimist proqnozlar özünü doğrultmağa başlayır...

“AzPolitika” xəbər verir ki, D.Trampın Səudiyyə Ərəbistanında keçirilən məlum ABŞ-Rusiya danışıqlarından sonra Ukrayna ilə bağlı jurnalistlər üçün keçirdiyi brifinqdə səsləndirdiyi fikirlər həm Ukraynada, həm Avropada, həm də bütünlükdə dünyada demokratik dəyərlərə, beynəlxalq hüquqa və s. inanan böyük kəsimdə şok yaradıb.

Tramp çıxışında iddia edib ki, guya hazırkı Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkə daxilndə reytinqi cəmi 4 faizdir: “Bizdə elə bir vəziyyət var ki, Ukraynada seçki olmayıb, hərbi vəziyyət var və Ukrayna liderinin bəyənmə reytinqi - bunu demək mənə xoş deyil - 4%-ə düşüb. Orada ölkə parça-parçadır, şəhərlərin çoxu xarabalığa çevrilib, binalar uçub... Ora nəhəng söküntü sahəsinə oxşayır. Mən bir çox şəhərləri nəzərdə tuturam. Ruslar bunu Kiyevlə etmədilər, çünki yəqin ki, raketlərə qənaət edirdilər. Amma istəsəydilər bu, çox tez və 20% yox, 100% olardı. Amma Ukraynada elə şəhərlər var ki, onlar tamamilə dağılıb. Seçkilər! Bəli, mən deyərdim ki, onlar (ukraynalılar) danışıqlar masasına oturmaq istəyəndə bunu etməlidirlər (seçki keçirməlidirlər). Yəni, ukraynalılar “seçkilərimizdən xeyli vaxt keçib” deməli deyilmi? İndi Ukraynaya seçkilərə ehtiyac olduğunu deyən Rusiya deyil, bu, məndən və başqa ölkələrdən də gəlir”.

Əvvəla qeyd edək ki, Ukraynada Zelenskinin reyqinqinin guya 4 faiz olduğunu heç Kremldə belə kimsə indiyə qədər iddia etməyib. Ən rusiyapərəst sorğu mərkəzləri, Zelenskiyə ən qatı müxalif daxili siyasi qüvvələr belə onun reytinqini bu qədər aşağı qiymətləndirməyiblər. Hazırda əksər müstəqil mənbələr Ukraynada növbəti prezidentliyə ən real namizəd kimi məhz Zelenskini və Valeri Zalujnını göstərirlər. Onların reytinqi isə təxminən bərabər sayılır və Trampın səsləndirdiyi 4 faizdən az qala 10 dəfə yüksək qiymətləndirilir.

Trampın dünyada “demokratik seçki nümunəsi olan” Rusiyaya qoşularaq, səsləndirdiyi seçki tələbinə gəlincə, Zelenski hakimiyyəti ondan imtina etmir, sadəcə ölkə konstitusiyası buna imkan vermir. Real durum, yəni, bir milyona yaxın insanın səngərlərdə olduğu, milyonlarla insanın didərgin düşdüyü, dinc şəhərlərinin bombalandığı, hərbi vəziyyətin, müharibənin davam etdiyi bir ölkədə seçki keçirilməsi praktiki cəhətdən mümkünsüzdür

Trampımn dediyi kimi, Ukraynanın dağıdılmasına gəlincə qeyd edək ki, bu ölkənin 26 vilayətindən yalnız dördündə müharibə gedir, onun əsas böyük şəhərləri iri dağıntılara məruz qalmayıb, əksər sənaye sahələri, o cümlədən hərbi sənayesi, kənd təsərrüfatı və s. işlək vəziyyətdədir.

Guya Rusiyanın Kiyevi 100 faiz bombalayıb “silə biləcəyinə” dair iddia da qüsurludur. Zatən Rusiya az qala hər gün Ukrayna paytaxtına raket və PUA hücumları edir. Yalnız Qərbin pis-yaxşı dəstəyilə quraşdırılan HHM sistemləri və aviasiya sayəsində bu zərbələrin təsiri azaldılır. Ən əsası isə milyonlarla dinc və günahsız insanın yaşadığı Kiyevin indiyə qədər dağıdılmamasına görə minnətin Putinin deyil, dünya demokratiyasının, beynəlxalq hüququn guya əsas keşikçisi sayılan ABŞ-nin prezidentinin dilindən səsləndirilməsi olduqca üzücü və kədərlidir…

Daha sonra Tramp Rusiyanı tərifləməyə və növbəti dəfə “mən prezident olsaydım, müharibə olmazdı” tezisini təkrarlamağa keçib: “Rusiya özünü yaxşı tərəfdən göstərdi. O, orada baş verən bu vəhşiliyi dayandırmaq istəyir. Hər həftə minlərlə hərbçilər ölür. Bunlar Amerika əsgərləri deyil, əsasən rus və ukraynalı əsgərlərdir, baxmayaraq ki, koreyalılar da var. Onları döyüşmək üçün gətiriblər və onların xeyli hissəsi öldü. Bu, mənasızdır. Mənim prezidentliyim dövründə müharibə olmazdı”.

Əvvəlcə qeyd edək ki, elə Trampın əvvəlki prezidentliyi dövründə də Donbassda hərbi əməliyyatlar, indiki qədər iri həcmdə olmasa belə, müharibə davam edirdi, qan tökülürdü. Krım və Donbassın bir hissəsi işğal olunmuşdu. Tramp isə həmin vaxt bu münaqişəyə son qoymaq üçün heç nə etmədi. Onun “Rusiya özünü yaxşı tərəfdən göstərdi. O, orada baş verən bu vəhşiliyi dayandırmaq istəyir” fikri isə ümumiyyətlə tragikomik görünür. Sanki müharibəni, bütün bu qətliamları, qırğını, dağıntıları, Trampın özünün də dedyi kimi, vəhşiliyi Rusiya başlamayıb. İndi Rusiyanın özünün başlatdığı vəhşiliyi guya(!) bitirmək istəməsi isə Tramp tərəfindən Kreml tərəfindən edilən “böyük jest” kimi qiymətləndirilir və “Rusiya özünü yaxşı göstərdi” deyilir…

Trampa sual verilib ki, Ukraynada Avropa sülhməramlılarının yerləşdirilməsi ideyasını dəstəkləyirmi?


Cavabında deyib: “İstəyirlərsə, dəstəkləyirəm. Mən bilirəm ki, bunu Fransa, Böyük Britaniya və başqa ölkələr qeyd edib. Əgər bizim sülh müqaviləmiz olarsa və orada hərbi qüvvələr olacaqsa və Avropa bunun zəruri olduğunu görsə, onda qoy olsun. Biz oraya hərbi qulluqçular yerləşdirməyəcəyik, amma onların hərbçiləri orda olsun, buna etiraz etmirəm. Əsas odur ki, sülh və ya atəşkəs olsun. Atəşkəs də bir variantdır. Bilirəm ki, Fransa çox gözəl jest etmək istəyir”.

Hansı “jestdən” söhbət getdiyi bilinmir, amma görünən odur ki, ABŞ Ukraynanın təhlükəsizliyinə hər hansı hərbi təminat vermək fikrində deyil.

Sonra Tramp işğala başlayan Putini yox, gözlənildiyi kimi, öz ölkəsini müdafiə etmək məcburiyyətində olan Zelenskini hədəf götürüb: “Mən şəxsən Zelenskini bəyənirəm. O, yaxşıdır, amma mənim üçün işin görülməsi vacibdir. Sizin(Ukraynanın) rəhbərliyiniz ABŞ olmadan belə heç vaxt baş verməməli olan müharibənin davam etməsinə icazə verdi. Baxın, son dərəcə səriştəsiz bir prezidentimiz (Bayden) var idi. Çox axmaq şeylər dedi, çox pis açıqlamalar verdi. O, həddindən artıq bacarıqsızdır. Düşünürəm ki, hamı bilirdi ki, bu, heç vaxt baş verməməli idi, heç vaxt da olmayacaqdı…”

“Üç il davam edən döyüşlərdən sonra Səudiyyə Ərəbistanındakı danışıqlarda onlara yer verilmədiyinə görə xəyanət və ya məyusluq hissi keçirən ukraynalılara mesajınız varmı” sualına Tramp belə cavab verib: “Son üç ildə baş verənlərdən çox üzülürəm. Mən prezident olsaydım, bu baş verməzdi. İnsanların ölməsini izləyirəm və İkinci Dünya Müharibəsindən bəri belə rəqəmlər olmayıb. Bunun baş verməsindən çox üzülürəm. Hətta əhəmiyyətli danışıq qabiliyyəti olmayan bir şəxs belə bunu öz üzərinə götürsəydi, bir neçə il əvvəl həll edilə bilərdi. Bu böyük itkilər olmazdı, bu minillik gözəl günbəzlər dağılmazdı. Müəyyən bir razılaşmaya çoxdan gəlmək olardı. Ancaq Bayden dövründə bu barədə ümumiyyətlə danışmadılar! Eşitdiyimə görə, (ukraynalılar) danışıqlarda yer ala bilmədiklərinə görə məyusdurlar... Amma onların üç il(masada), ondan əvvəl də yeri olub. Bunu çox asanlıqla həll etmək olardı... Zelenskini danışıqlar masasına buraxmadılar? Üç ildir bu işlə məşğulsan. Bunu üç il əvvəl bitirməliydin, heç başlamamalıydın. Sövdələşmə bağlaya bilərdin”.

Günahı Zelenskinin və ukraynalıların üstünə atandan sonra Tramp həm də Ukrayna üçün xərclənən pulları geri istəyib. Özü də səsləndirdiyi rəqəmlər rəsmi statistikanı, hətta Kreml təbliğatının iddia etdiyi rəqəmləri belə dəfələrlə üstələyib: “Ukrayna pulumuzun hara getdiyini izah etməlidir, ya da qaytarmalıdır. ABŞ Ukraynaya 350 milyard dollar(?) ayırıb. Zelenski isə Ukraynaya ayırdığımız pulun yarısının harada olduğunu bilmir, qoy izah etsin və ya qaytarsın”.

Bütün bu deyilənlərdən yalnız bir nəticə çıxarmaq olur ki, Co Baydenin süründürməçiliklə, hərbi yardımı kəsməklə, yaxud cüzi miqdarda verməklə təslim etdirmək istədiyi Ukraynanı, indi də Tramp bu ölkəyə, xalqa qarşı açıq şantaj, siyasi təzyiq yolu ilə Rusiyaya təslim etdirmək istəyir. Odur ki, Ukraynaya qarşı haqsızlıq, xəyanət baxımından hələ 2020-ci il teledebatında Trampı “Putinin küçüyü” adlandıran Baydenin özü də Trampdan heç də geri qalmayıb…

Cəlal Məmmədov

“AzPolitika.info”   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Fevral 2025 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see217

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see168

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see135

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see133

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see125

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see125

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see123

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see122

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see122

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see121

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see121

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see121

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see120

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see120

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see119

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see119

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see116

Tərtərdə qəza Bir ailənin 3 üzvü xəsarət aldı

31 May 2025 20:31see113

Cənubi Koreyada seçkilərə şok qərar: namizədlərdən biri geri çəkildi

01 İyun 2025 19:55see112

Piastri İspaniya Qran prisinə ilk pillədən start verəcək

31 May 2025 19:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri