Tramp varlıları ABŞ da yaşamağa dəvət edir Qızıl kartın qiyməti açıqlandı
Icma.az bildirir, Modern.az portalına istinadən.
Tramp Administrasiyası varlı əcnəbilərə ABŞ-da yaşamaq və işləmək hüququ və vətəndaşlıq almaq imkanı yaradacaq “qızıl kart” verəcək. “Qızıl kart” zənginlərə 5 milyon dollara başa gələcək.
Modern.az xəbər verir ki, CNN-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
"Biz “qızıl kart”ı satacağıq. Bu kartı təqribən 5 milyon dollar dəyərində qiymətləndirəcəyik və o, sizə “yaşıl kart”ın üstünlüklərini verəcək, üstəlik vətəndaşlığa aparan yol olacaq. Və zəngin insanlar bu kartı alıb ölkəmizə gələcəklər”, - Tram deyib.
Tramp kartların təxminən iki həftə ərzində satışa çıxarılacağını bildirib və milyonlarla kartın satıla biləcəyini söyləyib.
“Qızıl kart”ın rus oliqarxlarına da satmağı düşünüb-düşünməyəcəyi barədə suala Tramp belə cavab verib: “Bəli, mümkündür. Mən bəzi rus oliqarxlarını tanıyıram ki, onlar çox gözəl insanlardır”.
Ticarət naziri Hovard Lutnik bildirib ki, bu kart hökumətin xarici investorlara iş yerləri yaradan ABŞ layihələrinə sərmayə qoymağa və sonra ABŞ-a immiqrasiya üçün viza məqsədilə müraciət etməyə imkan verən hökumətin “EB-5 immiqrant investor vizası” proqramını əvəz edəcək.
"Onların dünya səviyyəli vətəndaşlar olduqlarına əminlik üçün mütləq yoxlanılacaqlar", - Lutnik deyib.
Baxış sayı:95
Bu xəbər 26 Fevral 2025 14:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















