Icma.az
close
up
RU
Tramp və kral ailəsi bir birinə nə hədiyyə etdi? Siyahı

Tramp və kral ailəsi bir birinə nə hədiyyə etdi? Siyahı

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Londona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp və xanımı Melaniya Tramp Britaniya kralı III Çarlza ABŞ-nin keçmiş lideri və hərbi komandanı, general Duayt Eyzenhauerin qılıncının surətini hədiyyə edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Sky News” telekanalı Bukingem Sarayına istinadla məlumat yayıb.  
Məlumata görə, İkinci Dünya Müharibəsinin döyüş meydanlarında şöhrət qazanmış Eyzenhauerin qılıncı müasir münaqişələrin açarına çevrilmiş ABŞ və Böyük Britaniya arasında tarixi tərəfdaşlığı, eləcə də ölkələr arasında qalıcı dəyərləri və əməkdaşlıq ruhunu simvollaşdırır.
ABŞ lideri və həyat yoldaşı Kraliça Kamillaya isə “Tiffany & Co” zərgərlik şirkətindən 18 karatlıq brilyant və yaqutlarla bəzədilmiş çiçək formalı qızıl broş hədiyyə edib.
Kral cütlüyü də öz növbəsində Trampa Müstəqillik Bəyannaməsinin 250-ci ildönümü münasibətilə Vindzor qəsrindəki Kral Cildxanası tərəfindən xüsusi olaraq hazırlanmış kitabı və yanvarın 20-si onun andiçmə mərasimi günü Bukingem Sarayının üzərində dalğalanan Birlik Bayrağını hədiyyə edib.
ABŞ-ın birinci xanımı Melaniya Trampa isə Şimali İrlandiyalı rəssam Kara Merfi tərəfindən hazırlanmış Kraliçanın monoqramı olan gümüş minalı qab hədiyyə edilib. O, həmçinin britaniyalı dizayner Ani Hayndmarçdan eksklüziv çanta hədiyyə alıb.
Kral ailəsi ABŞ prezidentinə və xanımına öz monoqramları həkk olunmuş gümüş foto çərçivə də hədiyyə edib.
Qeyd edək ki, sentyabrın 16-da Tramp həyat yoldaşı ilə birlikdə Londona gedib. Sentyabrın 17-də Kral III Çarlz onu Vindzor qəsrində qəbul edib.
Tramp sentyabrın 18-də Şekers iqamətgahında Böyük Britaniyanın Baş naziri Kir Starmerlə danışıqlar aparacaq.
Digər tərəfdən, səfər zamanı iki ölkə arasında elm, texnologiya və mülki nüvə enerjisi sahələrində dəyəri 10 milyard dollardan çox olan əməkdaşlıq sazişləri imzalanacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 18 Sentyabr 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri