Icma.az
close
up
RU
Tramp və Putin oktyabrda yenidən görüşə bilər Media

Tramp və Putin oktyabrda yenidən görüşə bilər Media

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

ABŞ prezidenti Donald Tramp oktyabrda Malayziyaya səfəri zamanı Rusiya lideri Vladimir Putinlə görüşə bilər.

Bizimyol.info xəbər verir ki, bu barədə "New Straits Times" məlumat yayıb.

Malayziyanın baş naziri Ənvər İbrahim bildirib ki, Tramp, Putin və Çin Baş naziri Li Qianq bu il Kuala-Lumpurda keçiriləcək 47-ci Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN - Association of Southeast Asian Nations) sammitində iştirak edəcək.

"Bizim şanslıyıq. Tarif məsələsinə baxmayaraq, ABŞ prezidenti Donald Tramp mənə zəng etdi və ASEAN toplantısına təsadüf edəcək - gələn ay Malayziyaya səfər edəcəyini söylədi. Baş nazir Li Qianq da tədbirdə olacaq", - deyə Ənvər bildirib.

Pekinə səfəri zamanı Ənvər “Malayziyaya gəlməyi ciddi düşünən” Putinlə görüşüb. İllik ASEAN sammiti 10 Cənub-Şərqi Asiya ölkəsinin liderlərini və onların tərəfdaşlarını təhlükəsizlik, iqtisadiyyat, ticarət və qlobal çağırışları müzakirə etmək üçün bir araya gətirir. Aparıcı dünya liderlərinin iştirakı ənənəvi olaraq forumun beynəlxalq təsirini artırır.

2025-ci ilin avqustunda Donald Tramp və Vladimir Putin Alyaskada danışıqlar aparıb, Trampın Ağ Evə qayıtmasından sonra ilk üz-üzə görüşü olub. Danışıqlar bağlı qapılar arxasında keçirilib və ABŞ-ın müttəfiqləri, xüsusən də Avropa və Ukrayna arasında kəskin reaksiyaya səbəb olub.

Tərəflərin rəsmi açıqlamaları təmkinli olub: Tramp “dialoqun mümkünlüyündən” danışıb, Kreml isə görüşü “konstruktiv” adlandırıb. Eyni zamanda ekspertlər konkret qərarların və ya irəliləyişlərin əldə olunmadığını qeyd ediblər.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Sentyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri